A

Layihə rəhbəri (Bakı)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 7721
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 28.08.2024
  • Elanın bitmə tarixi: 27.09.2024
Namizədə tələblər
  • Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 7-8 il və eyni zamanda fit out (incə işlər) işlərdə iş təcrübəsi mütləqdir; 
  • Mühəndislik ixtisası üzrə ali təhsil;  
  • Dil bilikləri: Azərbaycan dili-səlis, Rus dili-səlis, İngilis dili-yaxşı; 
  • Kompüter bacarıqları: MS Office, Autocad; 
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər; 
  • PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır; 
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;  
  • Ezamiyyətlərə açıq olmaq.
İş haqqında məlumat
  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
  • Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi;
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
  • Tikinti layihəsinə cəlb edilmiş podratçı və subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək;
  • Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.

 

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü 
  • İş yeri: Bakı şəhəri 
  • İş saatı: 09:00-dan 18:00  
  • Könüllü tibbi sığorta təminatı 
  • Əmək haqqı: Rəqabətə davamlı

 

Yalnız tələblərə uyğun olan namizədlər CV-ni email ünvanına “Layihə rəhbəri” qeyd edərək yönləndirsin. Yalnız tələblərə cavab verən, seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: