
Layihə Kreditlərinin təhlili şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi
ABB ASC
23
23
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10622
- Elanın yerləşdirmə tarixi: 19.02.2025
- Elanın bitmə tarixi: 21.03.2025
Namizədə tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisas);
- Maliyyə sektoru sahəsində ən az 3 il iş təcrübəsi;
- CFA, FRM, ACCA və ya CIMA sertifikatları;
- Əla səviyyədə azərbaycan dili və ingilis dili, yaxşı səviyyədə rus dili bacarıqları;
- MS Office proqramlarından (xüsusilə MS Excel) müstəsna istifadə qabiliyyəti;
- Maliyyə modelləşdirməsi və təhlili üzrə təcrübə;
- Bazar araşdırması və iqtisadi təhlil bacarıqları;
- Problemləri həll etmə və qərarvermə bacarıqları;
- Vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarıqları;
- Əla səviyyədə kommunikasiya və təqdimat bacarıqlarına sahib olan şəxsdir.
İş haqqında məlumat
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Bankın daxili qayda və təlimatlarına uyğun layihə maliyyələşdirilməsi kreditləri üzrə Banka daxil olan kredit sifarişlərini təhlil etmək (müştərinin biznes fəaliyyəti ilə bağlı sahələrinə baxış keçirmək daxil olmaqla), qiymətləndirmək, və onlara dair rəy hazırlamaq, habelə həmin sifarişlərin icrasına dair qərarların qəbul edilməsi məqsədilə keçirilən müzakirələrdə müvafiq rəyi təqdim etmək;
- Layihə kreditləri üzrə kredit memorandumunun hazırlanması zamanı məlumatlar üzrə əlavə dəqiqləşdirmələrə zərurət yarandıqda, müştərinin müvafiq nümayəndəsindən əlavə məlumatları və sənədləri tələb etmək;
- Layihə kreditləri üzrə kredit əqdinin qüvvədə olduğu müddət ərzində layihənin bütün mərhələrinin mütəmadi izlənilməsini və təhlilini həyata keçirmək, zəruri hallarda bu istiqamətdə Bankın müvafiq struktur bölmələri ilə müzakirələr aparmaq, bununla bağlı müvafiq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
- Risklərin idarə edilməsinə məsul struktur bölmə ilə birlikdə Bankın kredit portfelində mövcud olan layihə kreditlərinin mütəmadi monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- Layihə kreditləri üzrə tələb olunan hesabatları (məlumatları) təqdim etmək;
- Səlahiyyətləri daxilində dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən yerli və xarici maliyyə qurumları və iqtisadi məsələlərin təhlili ilə məşğul olan yerli və xarici məsləhətçilər ilə müzakirələr aparmaq, görüşlər keçirmək və əməkdaşlıq etmək;
- Layihə kreditləri sahəsində araşdırmaların və tədqiqatların aparılması və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin xidmətlərinin istifadə edilməsi.
Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.