
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Təhlil və Portfel Risklərinin İdarə edilməsi qrupuna Mütəxəssis
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10106
- Elanın yerləşdirmə tarixi: 04.02.2025
- Elanın bitmə tarixi: 06.03.2025
Namizədə tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi;
- Lisenziya/ Sertifikat: FRM, CFA, ACCA arzu olunandır;
- Xarici dil: İngilis dili (səlis), Rus Dili (Arzuolunan);
- Kompüter bilikləri: Microsoft Office, Microsoft Power BI, Powerpoint;
- Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
- Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq;
- Başqa tələblər: Maliyyə hesabatları bilikləri və ünsiyyət bacarığı.
İş haqqında məlumat
- Portfelin müəyyən edilmiş risk indikatorları, məhsul, sektor və digər göstəricilər üzrə müxtəlif prizmalardan təhlillərin edilməsi, baş verəcək mümkün risklərin stress test, ssenari təhlilləri və sensitivlik təhlilləri üzərindən qiymətləndirilməsi və bankın kapitalının dayanıqlığının təmin edilməsi üçün təkliflər və fəaliyyət planlarının hazırlanması. (Vintaj, Roll-Rate/Migrasiyası, Reytinq miqrasiyası, və s.)
- Bankın əsas risk göstəricilərinin izlənməsi və portfelin idarə edilməsini risk iştahası çərçivəsinə uyğunluğu təmin etməklə kommunikasiyaların qurulması və Bankın risk iştahasına uyğun gəlməyən risklərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması;
- Risk məlumatlarının və müvafiq strukturlar üzrə bankın kredit risk statusunun bölüşülməsi;
- Müştərilərin maliyyə məlumatları əsasında sektoral təhlillərin yerinə yetirilməsi. Müştərilərin likvidliyinin, ödəmə qabiliyyətinin və maksimal yarana biləcək kredit itkilərinin müəyyənləşdirilməsi üçün makroiqtisadi, geosiyasi və digər tematik fərziyyələr üzərindən stress testlərin yerinə yetirilməsi;
- Risk Büdcələşməsi çərçivəsində bankın sektorlar və məhsullar üzrə NPL üzrə gözləntilərin formalaşdırılması;
- Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
- Kredit portfelinin təhlili üzrə fəaliyyət planlarının icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərə məsləhət verilməsi;
- Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
- Bankda bütün proseslərin, yeni məhsul və xidmətlərin CRM tərəfindən təsdiqlənməsini təmin etmək üçün (CRM perspektivindən) kredit riskinin idarə edilməsi (CIB, SME, Retail, Private Banking) ilə bağlı siyasət və prosedurlara nəzarət etmək və istiqamətləndirməsinə dəstək vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Oxşar vakansiyalar

Express Bank
Mikro kreditlər üzrə qrup rəhbəri (Mingəçevir filialı)
Maaş: Müsahibə əsasında
17.09.2025
Mingəçevir
17

Amper Elektrik
1C Operatoru (İstehsalat Sahəsi üçün)
Maaş: 900 AZN
16.09.2025
Bakı
37

Unimac
Maliyyə mütəxəssisi
Maaş: 500 AZN
15.09.2025
Bakı
43

Xalq Bank
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi
Maaş: Müsahibə əsasında
12.09.2025
Bakı
41

AZFEN MMC
Xərclər üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
11.09.2025
Bakı
65

Şam - Fi MMC
Maddi vəsaitlər üzrə anbardar
Maaş: 600 - 800 AZN
11.09.2025
Bakı
69