- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 7710
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 27.08.2024
- Elanın bitmə tarixi: 26.09.2024
Namizədə tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır;
- Mükəmməl ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
- Qeyd olunan vəzifədə minimum 1 ilə qədər iş təcrübəsi.
İş haqqında məlumat
“Qarant Kredit” Lombard MMC təşkilatı Bakı şəhərində yerləşən filiallar üçün “Kredit mütəxəssisi” vakansiyası elan edir.
İş barədə məlumat:
- Yeni potensial müştərilərin cəlb edilməsi;
- Müştərinin biznesinin təhlil olunması;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Aylıq borcların yoxlanılması və ödəniş olunmadığı təqdirdə müştəri ilə birbaşa əlaqə yaratmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
- İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
- İş yeri: Bakı şəhərində yerləşən filiallar (Baş ofis-Tibilisi prospekti, Xırdalan, Əhmədli, Bakıxanov, Qarayev)
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit mütəxəssisi" başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.