A

Kreativ Marketinq Meneceri

  • Kateqoriya: Marketinq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: 2000 - 3000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13782
  • E-poçt: hr@arne.az
  • Elanın yerləşdirmə tarixi: 03.06.2025
  • Elanın bitmə tarixi: 03.07.2025

Namizədə tələblər

  • Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Kreativ marketinq, reklam və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Orijinal ideyalar və layihələri əks etdirən yaradıcı portfolio;
  • Video məzmunların hazırlanması, sosial media üçün yaradıcı paylaşımların (postlar) tərtibi və tədbir əsaslı kampaniyaların həyata keçirilməsi sahəsində təcrübə;
  • FMCG, əyləncə, həyat tərzi brendləri və ya ticarət mərkəzlərində iş təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan dilində yazılı və şifahi bacarıqların əla səviyyədə olması; ingilis dili biliyi arzuolunandır.
İş haqqında məlumat

Şəhərdən kənarda yerləşən ticarət mərkəzimiz üçün cəsarətli, yaradıcı və təşəbbüskar bir Kreativ Marketinq Meneceri axtarırıq. 

 

Məqsədimiz  insanları cəlb edən, yadda qalan və fərqlənən ideyalar yaratmaqdır.

 

Vəzifə öhdəlikləri:

  • Ticarət mərkəzinin tanıtımı məqsədilə yaradıcı marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
  • Onlayn və oflayn kanallar üzrə effektiv kommunikasiya strategiyalarının hazırlanması.
  • TV və radio reklamları, sosial media videoları, Reels və digər məzmun növləri üçün orijinal və cəlbedici konseptlərin işlənməsi;
  • Festival, tədbir və interaktiv aksiyaların ideyalaşdırılması və təşkilinə rəhbərlik etmək;
  • Daxili marketinq komandası və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edərək layihələrin həm orijinallığının, həm də marketinq strategiyasına uyğunluğunun təmin edilməsi;
  • Sektorla bağlı trendləri izləmək, yeni yanaşmalar tətbiq etmək və rəqabət üstünlüyü yaratmaq üçün innovativ yollar axtarmaq;
  • Bütün kreativ materialların brendin üslubu, dəyərləri və məqsədləri ilə tam uyğunluğuna nəzarət etmək.

 

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 2000-3000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kreativ Marketinq Meneceri” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: