- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15271
- E-poçt: hr@berc.az
- Elanın yerləşdirmə tarixi: 30.10.2025
- Elanın bitmə tarixi: 29.11.2025
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür) ;
- Ali təhsilin olması vacibdir;
- İqtisadi biliklərin olması üstünlükdür.
- Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmalı;
- Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilməli;
- Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
- Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili və ingilis dilləri üzrə bilikləri olması üstünlükdür );
- Komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Təqdimetmə və inandırma bacarığı.
İş haqqında məlumat
BERC Group MMC satış komandasına “Korporativ satış mütəxəssisləri” vakansiyası üzrə işə qəbul elan edir. Satış şöbəmizə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis işçilər axtarırıq.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
- Mövcud müştərilərlə münasibətlərin saxlanması;
- Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
- Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
- Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
- Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
- Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
- Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.
BERC Group MMC sizə nə vəd edir?
- Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
- Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus);
- Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı).
Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “vakansiyanın adı” vəzifəsi yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Oxşar vakansiyalar
C
Coffeemania
Online satış üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
30.10.2025
Bakı
17
Mobifon Electronics
Satış və SMM üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
28.10.2025
Bakı
26
Kartaş LTD (Mr.Fix)
Sənaye Boyaları üzrə satış təmsilçisi
Maaş: Müsahibə əsasında
27.10.2025
Bakı
22
M
Maybo
Технический специалист по продажам/ Texniki Satış Mütəxəssisi
Maaş: 800 AZN
25.10.2025
Bakı
37
P
Pakhlalı MMC
Satıcı
Maaş: 500 AZN
23.10.2025
Bakı
61
Finekspertiza Group MMC
Satış mütəxəssisi
Maaş: Müsahibə əsasında
23.10.2025
Bakı
47