logo

Korporativ satış üzrə mütəxəssis

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 14811
  • E-poçt: cv@megalife.az
  • Elanın yerləşdirmə tarixi: 15.09.2025
  • Elanın bitmə tarixi: 15.10.2025

Namizədə tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
İş haqqında məlumat

“Meqa Həyat Sığorta” ASC Satış departamenti Korporativ satış şöbəsinə yeni komanda üzvlərini dəvət edir! 

 

Vəzifə öhdəlikləri:

  • Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun sığorta məhsullarının təklif olunması;
  • Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
  • Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;
  • Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
  • Korporativ satışlarla bağlı mövcud və yeni müştərilərlə mütəmadi görüşlərin keçirilməsi.

 

İş şərtləri:

  • Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • Məzuniyyət: 30 gün əsas məzuniyyət + qanunvericiliyə uyğun əlavə məzuniyyət hüquqları.

 

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı.

 

Müraciət qaydası:
Müraciət üçün mövzu bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: