logo

Korporativ Satış üzrə Mütəxəssis

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Peşə təhsili
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13589
  • E-poçt: hr@saglamaile.az
  • Elanın yerləşdirmə tarixi: 27.05.2025
  • Elanın bitmə tarixi: 26.06.2025

Namizədə tələblər

  • Ali və ya orta ixtisas təhsil;
  • Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
  • Tibb sahəsində çalışması üstünlükdür;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsinin olması; 
  • Satış sahəsinə dair sertifikatlar üstünlükdür;
  • Səlis nitq qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli, komandada işləmə bacarığı, məqsədyönlü.
İş haqqında məlumat

Biz Sağlam Ailə MMC olaraq ölkənin ən qabaqcıl Tibb Mərkəzlərindən biriyik və keyfiyyətli, peşəkar xidmətimiz, müasir avadanlıqlarımız, gülərüz və mehriban komandamız ilə seçilirik. Hazırda progressiv komandamıza peşəkar, məsuliyyətli “Korporativ Satış üzrə Mütəxəssis” axtarışındayıq.
 

Vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin axtarışını etməsi, onlarla görüşlər keçirməsi, xidmət və məhsullar haqqında ətraflı məlumatın verilməsi, satış yönümlü təqdimatların keçirilməsini təşkil edir;
  • Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyalar barədə təkliflər verir;
  • Qiymət siyasətinin inkişafında iştirak edir, müxtəlif amillərdən asılı olaraq endirim sxemləri təklif edir;
  • Satış rəqəmləri ilə strategiyanın uğurlu olub-olmadığına rəy verir;
  • Məhsulun inkişaf strategiyasına dair təkliflərini verir;
  • Potensial xidmət və məhsul alıcılarının müəyyənləşdirilməsi və gələcək satışlar üçün işgüzar əlaqələrin qurulmasını təşkil edir;
  • Xidmətlərə olan tələbləri araşdıraraq birbaşa rəhbərinə təkliflər verir;
  • Xidmətlərin göstərilməsi üçün müştərilərlə sənədlərin hazırlanması, aidiyyatı şəxslər tərəfindən təsdiq edilməsi və icrasına nəzarəti həyata keçirir;
  • Satılan xidmətlərin, məhsulların ödənişinin vaxtında alınmasına nəzarəti təmin edir.

 

Əlavə məlumat:

  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən edilir;
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur;
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

 

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Korporativ Satış üzrə Mütəxəssis" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: