logo

Korporativ Satış Mütəxəssisi

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • Yaş: 23 - 35
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15385
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 11.11.2025
  • Elanın bitmə tarixi: 11.12.2025

Namizədə tələblər

  • Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
  • Yaş: 23-35;
  • Korporativ satış üzrə minimum 3 illik satış təcrübəsi.( Beynəlxalq logistika və gömrük prosedurları üzrə satışa üstünlük verilir);
  • Rus və  Ingilis dil bilikləri arzuolunandı;
  • Müştəri portfeli formalaşdırmaq təcrübəsi;
  • Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı;
  • Satış planlarını hazırlamaq, icra etmək, həftəlik ,aylıq hesabatlar təqdim etmək bacarığı;
  • Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi;
  • Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı;
  • Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Outlook və s);
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları;
  • Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək;
  • Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək.
İş haqqında məlumat

Vəzifənin Məqsədi:

  • Logistika əməliyyatları üzrə yeni yerli və xarici potensial koorporativ müştərilərin cəlb edilməsi, satış həcminin artırılması, şirkətin təmsili. 

 

Əsas Vəzifə və Məsuliyyətlər:

  • Yeni potensial müştərilərin axtarışı, cəlb edilməsi;
  • Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
  • Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq, məmnuniyyəti və satış sonrası əlaqəni qorumaq
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Ödənişlərin vaxtında icrası üçün müştərilərlə danışıqların aparılması.
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.

 

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat;
  • Əmək haqqı razılaşma yolu ilə.

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: