- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10086
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 04.02.2025
- Elanın bitmə tarixi: 06.03.2025
Namizədə tələblər
- Kuryer və çatdırılma sahəsində yerli və regional daşımalar üzrə biliklər.
- Güclü satış, danışıqlar aparma və münasibət qurma bacarıqları.
- Satış strategiyasının hazırlanması və icrasına nəzarət bacarıqları.
- Yeni biznes imkanlarını müəyyənləşdirmək və potensial müştəriləri cəlb etmək qabiliyyəti.
- Müştərilər və partnyorlarla güclü əlaqələr və ünsiyyət qurmaq bacarığı.
- Şirkətin Əməliyyat potensialına uyğun olaraq əlavə xidmətlərin və satışlarının artırılması bacarıqları.
- Bazar tendensiyalarını və müştəri tələblərini analiz edə bilmək.
- Tələb olunan hesabatlar, xidmətlər və ya məhsullar ilə bağlı təqdimatlar hazırlamaq bacarığı.
Əlavə Tələblər:
- Özünü motivasiya edə bilən, hədəf yönümlü və müstəqil işləmə qabiliyyətinə malik.
- Punktuallıq və son tarixlərə riayət etmək bacarığı.
- Ünsiyyətcil olmaq və komandada işləmək bacarığı.
- Müştəri ilə müsbət ünsiyyət qurmağı bacarmaq.
- Təhlil etmək və problem həll etmək bacarığı.
Təhsil və təcrübə
- Biznes, Kommersiya, loqistika və ya əlaqəli sahədə ali təhsili olmalı.
- Biznesin inkişafı, satış və ya müştəri idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi (kuryer və ya çatdırılma sektorunda təcrübəsi olanlara üstünlük verilir).
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli. Xarici dil biliyi olan namizədlərə üstünlük verilir.
- Ofis proqramlarında işləmək bacarığı, CRM və oxşar proqramlarda iş təcrübəsi.
İş haqqında məlumat
- Yeni müştərilərin cəlb edilməsi üçün biznes imkanlarını araşdırmaq və inkişaf etdirmək.
- Satış strategiyalarını hazırlamaq və gəlir hədəflərinə nail olmaq.
- Mövcud müştərilərlə münasibətləri qoruyub saxlamaq və müştəri məmnuniyyətini artırmaq.
- Bazar araşdırmaları apararaq sektorun və rəqiblərin vəziyyətini izləmək.
- Potensial müştərilər üçün təqdimatlar və təkliflər hazırlamaq.
- Müştərilərlə müqavilə, qiymət və xidmət şərtlərini müzakirə etmək.
- Satış performansını izləmək və inkişaf hesabatları hazırlamaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Maraqlanan namizədlər cv-ləri “Korporativ Satış Meneceri” başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.