logo

Korporativ Hüquqşünas

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15777
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 09.12.2025
  • Elanın bitmə tarixi: 08.01.2026

Namizədə tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilmək, rus dili – üstünlükdür;
  • Korporativ hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan Respublikası Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı; 
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı. 
İş haqqında məlumat

İşəgötürən: “BK Azərbaycan” MMC,  Burger King restoranlar şəbəkəsi.

 

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
  • Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğuna nəzarət etmək və onun maraqlarını qorumaq;
  • Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının gücləndirilməsi, eləcə də mülkiyyətin qorunması məqsədilə nəzərdə tutulan tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak; 
  • Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
  • AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
  • Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
  • Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
  • Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti: 3 ay;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: