logo

Konstruktor

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • Ünvan: Səməd Vurğun 43, World Business Center
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Texniki təhsil
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 15839
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 13.12.2025
  • Elanın bitmə tarixi: 12.01.2026

Namizədə tələblər

  • Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə);
  • Sahədə minimum 1 il iş təcrübəsi;
  • AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı;
  • Tikinti normativləri və standartları (SNİP, Eurocode və s.) üzrə biliklər;
  • Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi;
  • Komandada işləmə bacarığı və müvafiq işgüzar ünsiyyət vərdişləri.
İş haqqında məlumat

MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı “Konstruktor” vəzifəsi üzrə vakansiya elan edir:  

 

Vəzifə Öhdəlikləri:

  • Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması.
  • Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması.
  • Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
  • Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq.
  • Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması.
  • İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət.
  • Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək.
  • Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi.

 

İş şərtləri:

  • İş qrafiki: Həftə içi 6 gün;
  • Könüllü tibbi həyat sığortası;
  • Korperativ mobil nömrə;
  • Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
  • İş yeri ünvanı: Bakı şəhəri, Səməd Vurğun 43, World Business Center.

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: