- Kateqoriya: Hüquq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 8350
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 05.11.2024
- Elanın bitmə tarixi: 05.12.2024
Namizədə tələblər
- İqtisadiyyat, riyaziyyat və ya hüquq üzrə ali təhsil;
- Komandanı idarəetmə, liderlik xüsusiyyətləri;
- Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
- Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
Təcrübə:
- Nəzarət funksiyalarında ( Komplayens, Risklərin idarə olunması, Audit, Daxili nəzarət ) minimum 1 il rəhbər vəzifə üzrə çalışmaqla, həmin sahələrdə ən az 3 il ümumi təcrübə ( müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar:
- Dürüstlük;
- Şəffaflıq;
- Komandada işləmək bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Təşəbbüskarlıq;
- Şəxsi inkişafa yönümlülük;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq;
- Yaxşı ünsiyyət bacarığı.
İş haqqında məlumat
- Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayens indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
- Komplayens risklərinin matrisinin formalaşdırılması prosesini idarə etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparılmasını, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını təmin etmək;
- İllik monitorinq planı əsasında Şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlərin (yoxlamalar) həyata keçirilməsi prosesini idarə etmək, nəticə ilə bağlı departament rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək;
- Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində icra edilməsi prosesinə nəzarət etmək;
- Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
- Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
- Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
- Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
- Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə qanunvericilik tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması işini təşkil etmək;
- Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək;
- Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlərin görülməsi üzrə nəzarəti təmin etmək;
- Komplayens departamentinin rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək;
- Şöbə əməkdaşlarının şəxsi inkişafını, komanda ruhunu təşfiq etməklə rəhbərlik etdiyi komandanın uğurunu təmin etmək.
Son müraciət tarixi: 04.12.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.