A

Kiçik hüquqşünas

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13840
  • E-poçt: alizadehb4groups@gmail.com
  • Əlaqə nömrəsi: +994 10 311 4152
  • Elanın yerləşdirmə tarixi: 05.06.2025
  • Elanın bitmə tarixi: 05.07.2025

Namizədə tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi) — diplomun təqdim edilməsində gecikmə nəzərə alınacaqdır;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və rus dillərini bilmək arzuolunandır;
  • Komanda şəklində işləmək bacarığı və yüksək analitik düşünmə qabiliyyəti;
  • Hüquqi tədqiqat aparmaq və sənədlər hazırlamaq bacarığı;
  • Hüquqi məsələlərin həlli ilə bağlı araşdırma aparmaq bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş haqqında məlumat

“ALİZADEH B4 GROUP” MMC olaraq hüquqi konsaltinq xidmətləri göstərir, həmçinin vəkil fəaliyyəti ilə məşğul oluruq. Peşəkar komandamıza hüquq ixtisası üzrə ali təhsil almış yeni məzunlar üçün “Kiçik hüquqşünas” vakansiyasını təqdim edirik.

 

Vəzifə öhdəlikləri:

  • Şikayətlər, iddia ərizələri, etirazlar, müraciətlər və digər hüquqi sənədlərin hazırlanması;
  • Müqavilələrin tərtibi və hüquqi ekspertizasının aparılması;
  • Dövlət orqanlarında müvafiq təmsilçilik funksiyalarının icrası;
  • Elektron sistemlərlə işləmək (ƏMAS, taxes.gov.az, e-mehkeme və s.) bacarığı;
  • Təqdim edilən hüquqi məsələlərin araşdırılması və onların həlli məqsədilə hüquqi tədbirlərin görülməsi;
  • Müştərilərlə danışıqların aparılması və hüquqi dəstəyin göstərilməsi;
  • Şirkətin SMM fəaliyyətində, o cümlədən video çəkilişlərdə iştirak;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icra olunması.

 

 İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 5 iş günü (Bazar ertəsi – Cümə);
  • İş saatları: 09:00 – 18:00;
  • Mehriban və peşəkar komandada iş imkanı;
  • Karyera yüksəlişi və inkişaf perspektivi;
  • Əmək münasibətlərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi;
  • Əməkhaqqı namizədlə keçirilən müsahibə əsasında müəyyən olunur.

 

Elanla tanış olan gənc hüquqşünas məzunlardan xahiş olunur ki, yalnız məsuliyyətli, öyrənməyə davamlı maraq göstərən və fəal işləmək əzmi olan namizədlər öz tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərsinlər.

 

Əlaqə:  +99410 311 4152

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: