logo

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Tikinti sahəsi) – Ağdam şəhəri

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Ağdam
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8918
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 18.12.2024
  • Elanın bitmə tarixi: 17.01.2025
Namizədə tələblər
  • Ali təhsilli (Tikinti sahəsi üzrə olağı üstünlükdür);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərin olması arzuolunandır;
  • Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Düzgün formalaşmış şifahi və yazılı nitq, araşdırma və təhlil bacarığı, vaxtın səmərəli idarəedilməsi bacarığı, müstəqil və qrup daxilində effektiv işləmə bacarığı.
İş haqqında məlumat
  • Keyfiyyət standartlara uyğun bütün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək və həyata keçirilmiş sənədləşmələrinin yoxlanılması;
  • Aşkar edilən uyğunsuzluqların aradan qaldırıması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi.
  • Sənədlərin müəssisəyə daxil olan məhsul, material və avadanlıqlara, qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
  • Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
  • Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
  • Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
  • Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
  • Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək;
  • Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək;
  • İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarət funksiyasını icra etmək.

 

İş şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I-V günlər 09:00 – 18:00;
  • İş yeri: Ağdam şəhəri (Qalacaq yer və nahar ilə təmin edilir);
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək.

 

Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilərlər. (məktubun mövzu bölməsində, “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etmək mütləqdir.) Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: