Kart Texnologiyalarının inkişafı şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis/menecer
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11505
- Elanın yerləşdirmə tarixi: 15.03.2025
- Elanın bitmə tarixi: 14.04.2025
Namizədə tələblər
- Ali iqtisadi təhsil;
- Kart layihələrinin aparılması üzrə ən azı 2 il iş təcrübəsi;
- Microsoft Excel və PowerPoint üzrə biliklər;
- İngilis dilində yaxşı səviyyədə danışmaq, yazmaq və oxumaq qabiliyyəti;
- Məlumatların təhlil etmə qabiliyyəti;
- Təqdimat (Presentation) hazırlama bacarığı;
- Komandada işləmək və digər struktur bölmələri ilə əlaqələr qurmaq bacarıqları;
- Diqqətlilik, məsuliyyətlilik, təşəbbüskarlıq və məqsədyönlülük.
İş haqqında məlumat
- Ödəniş sistemləri və kart industriyasının digər iştirakçıları tərəfindən təklif edilən innovativ texnologiyaları, məhsul və xidmətlərin öyrənilməsini həyata keçirmək və aktuallığını təhlil etmək, tələbatın qiymətləndirilməsini aparmaq;
- Həm yerli bazar, həm də ölkə xaricində digər maliyyə institutları tərəfindən təklif edilən kart texnologiyalarını öyrənmək, məhsulun şərtləri və funksionallığının təhlilini aparmaq;
- Yeni kart texnologiyaları, innovativ məhsul və xidmətlərin bankda tətbiqinə dair təkliflər vermək, onların tətbiqi ilə bağlı layihələrdə iştirak edərək, müvafiq analitik məlumatı təqdim etmək və eyni zamanda bu məlumata əsasən layihənin kart biznesinin inkişafına təsirini proqnozlaşdırmaq;
- Mövcud kart məhsulları üzrə xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə ödəniş sistemləri, prosesinq şirkəti və digər vendorlar ilə imkanları öyrənmək, təkliflər vermək və bu istiqamətdə layihələrin aparılmasını təşkil etmək;
- Kart Portfelinin təhlilini aparmaq – kart məhsulu, əməliyyat, region, valyuta növləri və s. göstəricilər üzrə bölgüdə məlumatları təhlil etmək;
- Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlilini aparmaq;
- Mastercard, Visa, Apple və Google ilə hesabatlılıq, invoice və s. analitik məlumatlar üzrə qarşılıqlı əlaqələr qurmaq, tələb olunan məlumatları təqdim etmək;
- Yeni layihələr və innovativ həllər üzrə biznes təklifləri və texniki tapşırıqların hazırlanmasını təmin etmək;
- Aparılan layihələr çərçivəsində tətbiq edilən və ya təkmilləşdirilən kart məhsul və xidmətlərin mənfəətliliyinin hesablanmasını həyata keçirmək.
Oxşar vakansiyalar
AHK Aserbaidschan
Economic Affairs & Market Analysis Officer (m/f/d)
Maaş: Müsahibə əsasında
17.11.2025
Bakı
13
AzProduct
Satınalma üzrə Assistent
Maaş: Müsahibə əsasında
17.11.2025
Bakı
15
Veysəloğlu-Rossmann
Mağaza sifarişləri üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
16.11.2025
Bakı
48
Pilgrim Education
Müştəri Xidmətləri üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
15.11.2025
Bakı
45
BMY Caspian MMC
Biznesin İnkişafı üzrə Junior Mütəxəssis / Təcrübəçi
Maaş: Müsahibə əsasında
14.11.2025
Bakı
58
Melissa Group
Müştəri xidmətləri üzrə mütəxəssis
Maaş: 500 AZN
14.11.2025
Bakı
58