
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 13084
- Elanın yerləşdirmə tarixi: 05.05.2025
- Elanın bitmə tarixi: 04.06.2025
Namizədə tələblər
- Təhsil: Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: 3-5 il;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Məhsul üzrə biliklər: Elektron sənəd dövriyyəsi, sənədli əməliyyat, ümumi hüquqi biliklər.
İş haqqında məlumat
- İdarə Heyətinin Sədri tərəfindən təqdim edilən etibarnamə və əmrlərin hazırlanmasına, qeydiyyata alınmasına, icraya yönəldilməsinə və mütəmadi olaraq arxivləşdirilməsinə nəzarət;
- Bankın İdarə Heyətinə lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsinə nəzarət;
- CEO ofisin işinin koordinasiya olunmasına dəstək;
- Bankın rəsmi elektron poçt ünvanına daxil olan və göndərilən sorğuların yönəldilməsinə, cavablandırılmasına nəzarət;
- Daxil olan və göndərilən sənədlərin müvafiq sistem vasitəsilə qeydiyyatı, onların təyin edilən zaman çərçivəsində yerinə yetirilməsi və aidiyyatı üzrə göndərilməsi, artıq icra edilmiş sənədlərin sistemləşdirilərək mühafizə edilməsi və müəyyən edilmiş zaman ərzində arxivə təhvil verilməsi istiqamətində tapşırıqları icrasına nəzarət, müvafiq dərkənarın təyin edilməsi;
- Qarantiya məktublarının bankın müvafiq qərarvermə prosedurana uyğun hazırlanmasının və müvafiq məktubların avizo edilməsinin təşkili;
- Bank nəzarət orqanları ilə rəsmi əlaqə kanallarının qurulması, müraciət və sorğuların koordinasiya edilməsi və vaxtı-vaxtında cavablandırılmasına nəzarət edilməsi, icra müddətlərinin izlənilməsi və müvafiq məlumatlandırmaların edilməsi;
- İdarə heyəti Sədri tərəfindən qəbul edilmiş Əmrlərin icra edilməsinə və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunmasına nəzarət;
- Şirkətin kargüzarlıq və korporativ idarəetmə üzrə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi;
- İdarə Heyəti üzvləri, şöbə rəhbəri və departament direktoru tərəfindən Mütəmadi sorğulanan zəruri hesabatların hazırlanmasının təmin edilməsi;
- Müxtəlif struktur vahidlərin işçilərin elektron sistemlərdə Bankın Rəhbər şəxsinin Elektron İMZA və ASAN İMZAsı vasitəsilə səlahiyyət verilməsinin təşkilinə dəstək, bu səlahiyyətlərin qeydiyyatı və hesabatlığının təşkili, bitmə müddətlərinin izlənilməsi və məlumatlandırmanın edilməsi;
- İşdən ayrılan, vəzifə dəyişikliyi olan əməkdaşların müvafiq elektron imzalarının yoxlanılması və ləğv/bərpa proseslərinin icrası;
- Bankın departamentləri ilə İdarə Heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə menecerə yardım edilməsi;
- Bankda arxiv işinin təşkili və effektiv həyata keçirilməsinə, bu kontekstdə arxivə daxil olmuş sənədlərin müəyyən edilmiş vaxt ərzində yoxlanılması və mühafizəsinə, müvafiq reyestrin aparılmasına, dövlət arxivinə göndərilməli sənədlərin hazırlanmasına, qısa müddətli istifadə üçün nəzərdə tutulan sənədlərin tələb olunan qaydada məhv olunması prosesinə və bu məqsədlə digər struktur bölmələrlə prosesin koordinasiya edilməsinə nəzarət;
- Arxiv işinin təkmilləşdirilməsi istiqamətində sistemlərin tətbiqinə dair rəhbərliyə dəstək göstərilməsi;
- Bankın filiallarında arxiv işinin təşkili istiqamətində proseslərə dəstək olmaq, müvafiq boşluqların müəyyən edilməsi və daxili proseslərə uyğunlaşdırılmasına töhvə verilməsi;
- İdarə Heyəti üzvlərinin assistentlərinin, icraçı assistentlərin və qarşılama üzrə assistentlərin işinin təşkil edilməsi və zəruri hallarda müvafiq koordinasiyanın həyata keçirilməsinə nəzarət;
- Şöbə rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarəedilməsində fəal surətdə dəstək olmaq və s.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
D
Detal Construction
Satınalma üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
30.05.2025
Bakı
23
A
Azcargo Logistics and Management Services
Sənədləşmə üzrə aparıcı mütəxəssis
Maaş: 800 AZN
30.05.2025
Bakı
35

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Data Governance Analyst
Maaş: Müsahibə əsasında
30.05.2025
Bakı
17

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Qəza Komissarı
Maaş: Müsahibə əsasında
29.05.2025
Bakı
23

Fortis Group
Satınalma
Maaş: Müsahibə əsasında
29.05.2025
Xırdalan
23

AS İnşaat MMC
Biznes prosesləri üzrə menecer (BPM)
Maaş: Müsahibə əsasında
29.05.2025
Bakı
19