logo

İstehsalat hesabatları üzrə kiçik mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 12542
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 16.04.2025
  • Elanın bitmə tarixi: 16.05.2025

Namizədə tələblər

  • Ali bakalavr təhsili 
  • Oxşar sahədə 1 il iş təcrübəsi
  • İngilis dili biliyi
  • MS Office (Word, Outlook, Power Point - orta səviyyədə, Excel - yüksək səviyyədə)
  • Orta səviyyədə SAP biliyi

 

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik
İş haqqında məlumat
  • İstehsal və istehlak göstəriciləri üzrə günlük, aylıq və illik hesabatların hazırlanması
  • İstehsalat büdcə planı ilə reallaşan iş arasında fərqlər barədə açıqlamaların hazırlanması 
  • SAP məlumat bazasına istehsal və istismar olunan malların, həmçinin  yanacaq və elektrik enerji sərfiyyatı və digər fiziki parametrlərin daxil edilməsi 
  • Aylıq Texniki Performans iclasının təşkil edilməsi və istehsalat şöbəsinə aid təqdimatın hazırlanması
  • SAP məlumatlar bazasındə tələb olunan sifarişlərin yaradılması
  • İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlanması
  • İstehsalat şöbəsinin büdcəsinə daxil ediləcək məlumatların xərc kateqoriyası (əməliyyat və ya kapital) üzrə ayrılması və hesabatın hazırlanması
  • İstehsal mallarının SAP məlumat bazasında anbarındakı miqdarına nəzarət edilməsi
  • Podratçı şirkətlərdə fəaliyyət göstərən işçilərlə əlaqədar hesabatın tərtibi
  • Təmizlik şirkətinə aid işçilərin aylıq davamiyyətinin izlənilməsi və müvafiq hesabatın tərtibi
  • Hesabat sənədlərinin  müvafiq qovluqda toplanması
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

 

Biz nə təklif edirik:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi

 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: