logo

İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 900 - 1000 AZN
  • Təhsil: Orta təhsil
  • Yaş: 30 - 45
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11012
  • Elanın yerləşdirmə tarixi: 28.02.2025
  • Elanın bitmə tarixi: 30.03.2025

Namizədə tələblər

  • Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə ali / orta ixtisas təhsili  
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il staj
  • Sertifikat/vəsiqə/lisenziya: arzuolunandır 
  • Xüsusi tələblər: 30-45 yaş 
  • Kompüter bilikləri: Microsoft Office (üstünlükdü)
  • Komandada işləmə bacarığına malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
İş haqqında məlumat
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasaz hissələri aşkar etmək və düzgün diaqnostikanın təyin edilməsi
  • Kondisionerləşmə layihəsini mükəmməl oxuma bacarığına malik olması
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində daxili və xarici bloklarının montaj edilməsi və sökülməsi
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə qaz vurulması ( qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və tənzimləmə işləri , ana kartlarda yaranmış nöqsanların aşkar edilməsi )
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinin təmiri və ehtiyyat hissələrinin yenisi ilə əvəz edilməsi: (mono, multi və vrf sistemləri üzrə)
  • Kompressorların əvəz edilməsi
  • İki çıxışlı klapanların əvəz edilməsi
  • Mikrosxemlərin və naqillə idarə etmə pultarının əvəz edilməsi
  • Sensorlarların əvəz edilməsi
  • Fan mühərrik və digər pərlərin əvəz edilməsi
  • Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işə salıcının əvəz edilməsi
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisionerlərin xüsusi kimyəvi vasitələrlə yuyulması (süzgəclərinin təmizlənməsi)
  • Mərkzələşdirilmiş VRF sisteminin mis, drenaj borularının və siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolə edilməsi
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş tapşırıqları vaxtında yerinə yetirmək

 

Əlavə qeyd:

  • İş rejimi: 5 gün, 09:00-18:00

 

Vakansiya haqqında:

  • Son tarix: mart 30, 2025
  • Vakansiya növü: Tam ştat
  • Əmək haqqı: 900 - 1000 AZN
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: