
- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- Ünvan: Port Baku Towers 2
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Təcrübəçi
- Elan ID: 11554
- E-poçt: hr@ram.az
- Elanın yerləşdirmə tarixi: 17.03.2025
- Elanın bitmə tarixi: 16.04.2025
Namizədə tələblər
- Ali təhsil (İnsan resursları, biznesin idarəedilməsi, menecment və ya əlaqəli sahə üzrə);
- Kompüter bilikləri: MS Office (Excel və Word);
- Operativ, məsuliyyətli, intizamlı;
- Aktiv, bu sahədə inkişaf etməyə həvəsli.
İş haqqında məlumat
Rolu: Şirkətin işə qəbul siyasəti və prosedurları ilə tanış olub komandaya dəstək olmaq.
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək olmaq;
- İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
- Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
- Namizəd bazasının formalaşdırılması və yenilənməsi;
- İlk iş günü və adaptasiya proseslərini tənzimləmək;
- Yeni işçilərə ilk iş günü və adaptasiya dövründə dəstək;
- Prosedurlara uyğun olaraq aylıq müsahəbilərin təşkili;
- İşə qəbul şöbəsinin müxtəlif layihələrində və tədbirlərində iştirak etmək.
İş şərtlərimiz:
- İş qrafiki: 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Port Baku Towers 2.
Biz nə təklif edirik?
- Mehriban kollektiv;
- Təlimlərdə iştirak, onlayn təlimlərdən il ərzində ödənişsiz istifadə imkanı;
- Karyera imkanları;
- Qismən ödənişli nahar.
Təcrübə müddəti ərzində qazandığınız bilik və bacarıqlar:
- İşə qəbul prosesi və mərhələləri barədə baza məlumat;
- Tələb əsasında elanların hazırlanması qaydası;
- Müraciətlərin ilkin “skrininq”-i və qısa siyahıya salınması;
- İntevyu texnikaları;
- Hər vəzifə kateqoriyası üzrə axtarış kanallarının müəyyən edilməsi;
- Əsas axtarış texnikalarından istifadə;
- Onboarding prosesi ilə bağlı baza biliklər;
- Bitrix24 istifadəsi və tapşırıqların idarəedilməsi;
- Planlama və təşkilatçılıq.
Vacib qeydlər:
İlk 3 aylıq təcrübə müddəti üçün minimum ödəniş nəzərdə tutulub. Təcrübə proqramı müddətini uğurla bitirən namizəd komandamıza qoşulmaq fürsətini qazanacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə qəbul üzrə təcrübəçi” yazaraq Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar

Good Finance
HR mütəxəssis
Maaş: 500 - 700 AZN
08.05.2025
Bakı
22

PASHA Life
İşə qəbul üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
22

JYSK
HR mütəxəssis
Maaş: 800 - 900 AZN
07.05.2025
Bakı
27

Guavapay Limited
HR Assistant (Interns are Welcome)
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
38

FLY INN BAKU
Davamiyyətin izlənməsi üzrə koordinator
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
33

Oven Food Bakery
İşə qəbul üzrə aparıcı mütəxəssis
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
26