- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- Ünvan: Bakıxanov qəs., B. Bünyatzadə küç
- İş təcrübəsi: 1-3 il
- Maaş: 1200 - 1500 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 8586
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 05.12.2024
- Elanın bitmə tarixi: 04.01.2025
Namizədə tələblər
- Təhsil: Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Retail və FMCG sahələrində çalışmış namizədlərə üstünlük veriləcəkdir);
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq və qərarvermə qabiliyyəti.
İş haqqında məlumat
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Daxil olan müraciətləri təhlil etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Uğurlu namizədlərlə bağlı referansların alınması;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
- Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
- Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- İş rejimi 5 günlük;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Korporativ nömrə ilə təmin edilmə;
- İş yeri: Bakıxanov qəs., B. Bünyatzadə küç.;
- Əmək haqqı: 1200-1500 AZN.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.