logo

İşə qəbul üzrə mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8187
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 15.10.2024
  • Elanın bitmə tarixi: 14.11.2024
Namizədə tələblər
  • Təhsil səviyyəsi: Ali;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1-3 il;
  • Xarici dil: Rus dili - tələb olunan, İngilis dili - arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (sərbəst),MS Excel biliklərinin yaxşı səviyyədə olması tələb olunandır;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
  • İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
  • İnandırma bacarığı,Analitik düşüncə,güclü sosial kommunikasiya qabiliyyəti,təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Nəticəyönümlülük.
İş haqqında məlumat

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.  

 

Vəzifə öhdəlikləri:

  • Təsdiqlənən vakansiyalara əsasən elanların hazırlanması və müvafiq portallarda yerləşdirilməsi; 
  • Daxil olan müraciətlərin dəyərləndirilməsi, vakansiyaya uyğun namizədlərlə ilkin etap müsahibələrin keçirilməsi; 
  • İşə qəbul menecerinin və vakansiya üzrə müvafiq rəhbərin müxtəlif namizəd cədvəlləri ilə təmin edilməsi; 
  • Açılan vakansiyalarla bağlı məlumat bazasının yazılması; 
  • Əvvəlcədən müəyyən edilmiş keyfiyyətlərə əsasən müsahibələrin aparılması; 
  • Şirkət siyasətinə uyğun olaraq sosial media postlarının yaradılması; 
  • İş təsvirlərini və işçilərin spesifikasiyalarını hazırlamaq;
  • CV məlumat bazasını saxlamaq; 
  • Əmək qanunvericiliyinə nəzarət etmək və prosesin uyğunluğunu təmin etmək üçün tələb olunan dəyişiklikləri həyata keçirmək; 
  • Əmək yarmarkalarında və karyera tədbirlərində iştirak etmək.

 

Maraqlananlar CV-lərini e-mail elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İşə qəbul üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: