- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- Ünvan: Çıraq plaza
- İş təcrübəsi: 1-3 il
- Maaş: 800 - 1000 AZN
- Yaş: 800 - 1000
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 8177
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 14.10.2024
- Elanın bitmə tarixi: 13.11.2024
Namizədə tələblər
- Təcrübə: müvafiq sahə üzrə 1 ildən az olmayaraq iş stajı.
- Kompyuter biliyi: Word, Excel, Outlook, 1C bacarığı.
- Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
- Azərbaycan Respublikası Əmək məcəlləsi;
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
İş haqqında məlumat
- İşçinin işə qəbulu, işdən çıxarılması, vəzifə, əmək haqqı dəyişikliyi, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən (əmək, öz hesabına, social,təhsil) istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi, xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- İşçilərin aylıq əmək haqqlarının hesablanması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün daxil olunmasının təmin edilməsi;
- Əmək haqqı üzrə daxili hesabatların hazırlanması;
- Digər əmək haqqı ilə bağlı əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Şirkətin bütün layihələrinin 1C ucot proqramında işə qəbulu, işdən azad olunması, əməkdaşların yerdəyişməsi,əmək haqqı tabellərinin qururulması;
- Baş ofis əməkdaşlarının nahar yeməyi üzrə gündəlik hesabat və siyahıların yenilənməsi;
- İş rolu daxilində İR ilə bağlı məsələlərlə bağlı işçilərin sorğularına cavab vermək.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək Haqqı: 800-1000 AZN (net);
- İş yeri: Çıraq plaza.
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Əmək haqqı üzrə mütəxəssis” yazaraq mail ünvanına göndərə bilərlər.