logo

İnzibatiləşdirmə üzrə kiçik mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15266
  • E-poçt: cv@absheronport.az
  • Elanın yerləşdirmə tarixi: 29.10.2025
  • Elanın bitmə tarixi: 28.11.2025

Namizədə tələblər

  • Ali təhsil;
  • Rus dili biliyi mütləqdir;
  • MS Office proqramlarında iş bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
İş haqqında məlumat

“Abşeron Logistika” MMC  “İnzibatiləşdirmə üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
  • Sənədlərin sistem üzrə arxivləşdirilməsi.

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnzibatiləşdirmə üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir).

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: