- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: 2000 - 2500 AZN
- Yaş: 35 - 50
- İş rejimi: Tam-ştat
- Elan ID: 8899
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 18.12.2024
- Elanın bitmə tarixi: 17.01.2025
Namizədə tələblər
- Pərakəndə ticarət və ya mağaza idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;
- Vizual marketinq standartlarını bilmək;
- 1C proqraında işləmə bacarığı;
- Əsas performans göstəricilərini (KPI) təhlil etmək bacarığı;
- Yaxşı ünsiyyət bacarıqları və komanda ilə işləmək qabiliyyəti;
- Yaş həddi 35-50 arası;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobili arzu olunandır.
İş haqqında məlumat
- Mağazaları mütəmadi olaraq yoxlamaq, mağazaların xarici görünüşü, vitrinlər və reklam lövhələri ilə bağlı şirkət standartlarına riayət olunmasını təmin etmək;
- Ticarət zalında, anbarlarda və xidməti sahələrdə təmizlik və nizam-intizamın təmin olunmasına nəzarət etmək;
Əməkdaşların koordinasiyası və dəstəyi:
- Əməkdaşların görünüşünə, iş formalarına və davranışlarına nəzarət etmək, xidmət standartlarının yerinə yetirilməsini təmin etmək;
- Əməkdaşlarla mütəmadi görüşlər keçirərək cari tapşırıqları müzakirə etmək, təlim və motivasiya məsələlərini həll etmək.
Xidmət keyfiyyətinin təmin edilməsi:
- Korporativ müştəri xidmətləri standartlarına riayət olunmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətini izləmək və artırılması üçün tədbirlər hazırlamaq;
- Məhsulların vaxtında təchizatına nəzarət etmək, ehtiyatları optimallaşdırmaq, məhsulların vitrinlərdə və satış zalında düzgün təqdimatını təmin etmək;
- Lazımi çeşidin mövcudluğunu və məhsulların düzgün yerləşdirilməsini nəzarət etmək.
Göstəricilərin analizi və hesabatlıq:
- Satış məlumatlarını toplamaq və təhlil etmək, rəhbərlik üçün hesabatlar hazırlamaq;
- Mağazaların iş nəticələrini qiymətləndirmək, problemləri aşkar etmək və onların həlli yollarını təklif etmək.
Proseslərin inkişafı və optimallaşdırılması:
- Mağazaların effektivliyini artırmaq, xidmət keyfiyyətini yüksəltmək və xərc optimallaşdırılması üçün tədbirlər hazırlamaq və tətbiq etmək;
- Şirkət məqsədləri və göstəricilərinə nail olmaq üçün dəyişiklikləri və təkmilləşdirmələri təşviq etmək.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- İş qrafiki: həftə ərzində 6 iş günü, istirahət - həftədə 1 gün;
- Əmək haqqı: 2000-2500 AZN.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnzibati işlər üzrə direktor” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.