logo

İnsan Resursları və İnzibati işlər üzrə mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Ağcabədi
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: 800 AZN
  • Yaş: 22 - 35
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16622

Namizədə tələblər

  • Xanımlar və bəylər: 22-35 yaş arası
  • Pərakəndə (geyim, oyuncaq və kosmetika) satış sahəsində təcrübə olan namizədlərə üstünlük veriləcəkdir. 
  • Diqqətcil olması
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dili üstünlükdür)
  • Ünsiyyət bacarığı və işə yaradıcı yanaşma
İş haqqında məlumat

Gənc və dinamik inkişaf edən şirkət olan Ineo Group , Fransa mənşəli Jacadi ParisYves Rocher, eləcə də İspaniya mənşəli Mayoral kimi tanınmış Avropa brendlərinin Azərbaycanda rəsmi və eksklüziv nümayəndəsidir. Şirkət bu brendlərin ölkə bazarında satış fəaliyyətini həyata keçirərək, yüksək keyfiyyətli məhsulların satışını təmin edir.

Ineo Group şirkəti İnsan Resursları və İnzibati işlər üzrə mütəxəssis  vakansiyası üzrə namizəd dəvət olunur.

 

Vəzifə öhdəlikləri:

  • Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə qarşılıqlı əməkdaşlığın təşkili, tələb olunan hesabatların vaxtında və düzgün təqdim olunması;
  • İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin mövcud qanunvericiliyə uyğun şəkildə icrası;
  • Struktur və vəzifə dəyişiklikləri, rotasiya və vəzifə artımı ilə bağlı HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi;
  • İşçilərin şəxsi iş qovluqlarının (Personal File) formalaşdırılması, arxivləşdirilməsi və mütəmadi yenilənməsi;
  • HR məlumat bazasının yaradılması, məlumatların aktuallığının qorunması və dəyişikliklərin vaxtında sistemə daxil edilməsi;
  • Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), müvafiq əmrlərin hazırlanması və hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtibi, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
  • Əmək haqqı, son haqq-hesab və digər ödənişlərin hesablanması və maliyyə departamentinə göndərilməsi;
  • Bonusların yoxlanılması;
  • Rəhbərlik tərəfindən verilən digər insan resursları üzrə tapşırıqların icrası;
  • 1C proqramı ilə işləmə və məlumatların sistemdə düzgün qeydiyyatını aparmaq bacarığı.

 

İş şəraiti:

  • İş qrafiki: 5 iş günü
  • İş saatı: 08:00-dan 17:00-dək
  • Əmək haqqı: 800 AZN 

 

Maraqlanan namizədlərdən mövzu sətrində “İnsan Resursları və İnzibati işlər üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.

 

Əlavə suallar üçün 077-477-10-11 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: