logo

İnsan Resursları üzrə Şöbə rəisi (istehsalat sahəsi)

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Sumqayıt
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 12633
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.04.2025
  • Elanın bitmə tarixi: 17.05.2025

Namizədə tələblər

  • Ali təhsilli 
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • İngilis dili və Rus dili bilikərinin olması üstünlükdür
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
  • Nizam-intizamlı, məsuliyyətli olmalı
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı
İş haqqında məlumat
  • Əmək qanunvericiliyinə əsasən Cəmiyyət üzrə işçilərlə əmək müqavilələrinin bağlanması, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işləri, işçilərin bir vəzifədən və ya işdən başqa işə keçirilməsi işlərinə aid sənədləri tabeliyində olan işçilərdən qəbul edir, düzgünlüyünü və tərtib edilməsini yoxlayır
  • Personalların işə davamiyyətini nəzarət etmək
  • İşçilərin iş bacarığının yoxlanmasını və qiymətləndirilməsini təşkil etmək
  • İşdən ayrılan personallarla bağlı detallı araşdırma etmək, səbəbləri barədə hesabat vermək
  • Yeni işə götürüləcək personalların işə götürməsi ilə bağlı müvafiq sənədləri gözdən keçirmək və dəyərləndirmək, bununla bağlı rəhbərliyə məlumat vermək
  • Personal programından istifadə edərək işçi ilə bağlı topladığı məlumata əsasən hesabatlar hazırlamaq. 
  • Bacarıq, şəxsiyyət və potensial yoxlama testlərinin təşkil edilməsində və işə qəbul komisiyyasında iştirak etmək
  • Şirkətin tələblərinə əsasən müqavilə şərtlərini izah etmək və müqavilə formasının tərtib edilərək imzalanmasını təmin etmək
  • İşçilərin məzuniyyət cədvəlini tərtib etmək, ona mütəmadi nəzarəti həyata keçirmək
  • Cəmiyyətin ştat cədvəllərini tərtib edərək “Vəliyev MMC” baş direktoruna təqdim edir
  • Cəmiyyətin baş direktoru adından əmr və sərəncamları hazırlayır, onların vaxtında yerinə yetirilməsi barədə məlumatları “Vəliev MMC” baş direktoruna çatdırır
  • Aylıq maaş cədvəllərinin düzgünlüyünü yoxlayır və imzalamaq üçün“Vəliyev MMC” baş direktoruna təqdim edir.
  • İdarə üzrə hesabatların hazırlanması və razılaşdırılması, aidiyyatı təşkilatlara təqdim olunması işlərini icra edir.
  • İşçilər arasında baş verən münaqişələr və ya digər problemlər olduqda vəziyyəti düzgün dəyərləndirərək problemin həlli istiqamətində köməklik göstərmək, bu barədə rəhbərliyə məlumat vermək
  • İnsanlar arası münasibətləri və işlə bağlı problemləri dəyərləndirmək və müəssisənin rəhbər heyəti ilə görüşərək baş verən münaqişələrin həll yollarını birlikdə müzakirə edərək lazimi qərarlar vermək
  • İşçilərinin iş qabiliyyətinin, bilik və bacarıqlarının yaxşılaşdırılması məqsədilə təklif və ya tövsiyələr vermək, təlim proqramları həyata keçirmək
  • Fabrikin illik təlim / tədris proqramının zamanında həyata keçirilməsini təmin etmək
  • İşçilərin mükafatlandırılması və intizam tənbehi verilməsi məsələlərində müəssisənin direktoruna tövsiyələr vermək
  • İş yerində və işçilər arasında münasibətlərə zərər gətirə biləcək və ya mənfi təsir edə biləcək bütün məlumatları toplayaraq zamanında rəhbərliyə məlumat vermək
  • İllik, aylık personal xərc büdcələrinin hazırlanaraq müəssisə direktoruna təqdim edilməsi və bu büdcələrin  tutdurulmasını təmin etmək
  • İşə alım və disiplin komissiyalarında iştirak etmək
  • İşə qəbul komissiyasında üzv olaraq iştirak etmək, sahəyə işə götürüləcək işçinin nəzəri və praktiki bilik səviyyəsini yoxlamaq, personalın bilik və təcrübəsini artıracaq iş yerində təlimlər vermək

 

İş şərtləri: 

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş yeri: Sumqayıt şəhəri
  • Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)

 

Namizədlərdən CV-lərini  mövzu yerində “İR üzrə şöbə rəisi” yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: