logo

İnsan Resursları üzrə Menecer

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • Ünvan: Hökməli qəs
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 7798
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 04.09.2024
  • Elanın bitmə tarixi: 04.10.2024
Namizədə tələblər
  • Müasir İnsan Resursları sahəsi üzrə biliklər;
  • MC Office üzrə yüksək səviyyədə biliklər;
  • ƏMAS ilə işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Azerbaycan Respublikasi ƏM üzrə biliklər.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (İqtisadiyyat, Menecment, İnsan Resursları və s.)
  • İş təcrübəsi: Müasir İnsan Resursları İdarəedilməsi üzrə minimum 2 il iş təcrübəsi
İş haqqında məlumat

“CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye, draje, noğul, paxlava, şəkərbura kimi bir neçə şirniyyat çeşidləri istehsal etməklə yanaşı, distribütorlğunu etdiyi Elit, Taha firmalarının çeşidləri ilə illərdir milli şirniyyat sahəsində fəaliyyətini davam etdirir. Keyfiyyəti və görünüşü ilə daim diqqət çəkən Can məhsulları xarici ölkələrdə də seçilir. 2018-ci ildə ölkəmizdə keçirilən Beynəlxalq Qida Sərgisində "Ən Gözəl Stend" nominasiyasına layiq görülən "CAN-PA" MMC, eyni ildə Özbəkistanın Beynəlxalq Qida Sərgisində də "Ən Yaxşı Məhsul" nominasiyası ilə mükafatlandırılmışdır.

 

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin vakansiya ehtiyaclarının analiz edilməsi və işə qəbul proseslərinin operativ icra edilməsi;
  • İşə qəbul kanallarının genişləndirilməsi və dövlət müəssisələri ilə əməkdaşlıqların icra edilməsi;
  • Şirkətin ehtiyat işçi bazasının formalaşdırılması;
  • Təşkilati strukturun biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
  • Şirkət üzrə qanunvericilik əməliyyatlarının icra edilməsinin təmin edilməsi;
  • Şirkət üzrə performans idarəetmə sisteminin tətbiqinin təmin edilməsi;
  • Şirkət üzrə əməkdaşların təlim-inkişaf sisteminin tətbiqinin təmin edilməsi və inkişaf ehtiyaclarına uyğun təlimlərin təşkil edilməsi;
  • İnsan Resursları fəaliyyətinə dair hesabatların tərtib edilməsi və məlumatların yenilənməsinin icra edilməsi;
  • Vəzifə təlimatlarının dövrü olaraq aktuallığının yoxlanılması və təmin edilməsi;
  • Şirkətin nizam-intizam proseslərinin icrasının təmin edilməsi;
  • Şirkətin İnsan Resursları siyasətinin qorunması və fəaliyyətin təmin olunması.

 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Can-Pa İstehsal sahəsi (Hökməli qəs);
  • Nahar şirkət tərəfindən təmin edilir.

 

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: