- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: 1800 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Sığorta: Bəli olunur
- Elan ID: 10113
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 04.02.2025
- Elanın bitmə tarixi: 06.03.2025
Namizədə tələblər
- Ali təhsil (İnsan Resurslarının idarəolunması, biznes idarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində min 3 il iş təcrübəsi (performans qiymətləndirilməsi, karyera planlaması, təlim və inkişaf sahələrinə üstünlük veriləcək);
- Çoxsaylı İR funksiyaları haqqında iş bilikləri;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (Excel və Power Point yaxşı səviyyədə);
- Dillər: Azərbaycan-dili əla, ingilis-dili yaxşı səviyyədə (danışıqlar və təqdimatlar etmək);
- Yüksək ünsiyyət qurmaq bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş haqqında məlumat
- Şirkətin təşkilati strukturunun təhlili, onun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması;
- Təşkilati strukturların dəyişiklik tələblərini struktur rəhbərləri ilə müzakirə edilməsi;
- Təşkilati dəyişikliklər üzrə layihələrinin hazırlanması;
- Əməkdaşların performansını və təşkilati effektivliyini artırmaq üçün performansın idarə edilməsi siyasətinin və prosedurunun işləyib hazırlanması və həyata keçirilməsi;
- Effektivliyin əsas göstəricilərini (KPİ) özündə əks etdirən qiymətləndirmə sisteminin təşkilində iştirak etmək;
- Komanda və fərdi hədəflərin qoyulması proseslərinin təşkilinin və icrasının təmin edilməsi;
- Məqsədlərin müəyyən edilməsi, performansın ölçülməsi və fəaliyyətin qiymətləndirilməsi sistemlərinin tərtib edilməsi və icrası;
- Performans təhlillərinin aparılmasında və fəaliyyətin təkmilləşdirilməsi planlarının yaradılmasında rəhbərliyə dəstək verilməsi;
- Performans nəticələrinin izlənməsi və hesabatlarının hazırlanması;
- Performans və vəzifə dəyişiklikləri əsasında əmək haqqı təkliflərin hazırlanması;
- Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
- İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini haqırlamaq;
- Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
- Təlim və inkişaf istiqamətinin fəaliyyətləri ilə bağlı bütün proseslərin həyata keçirilməsi;
- Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlimin ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması;
- İR hesabatların hazırlanması (aylıq, rüblük, illik).
Təminatlar:
- Korporativ nömrə;
- Tibbi siğorta;
- Əmək haqqı: 1800 AZN.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” yazmaqla poçt elektron ünvanına göndərə bilərlər