logo

İnsan Resursları meneceri

SAB
24
  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Xırdalan
  • Ünvan: Həsən Əliyev küçəsi 38
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 8205
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.10.2024
  • Elanın bitmə tarixi: 16.11.2024
Namizədə tələblər
  • Ali təhsilli olmalıdır (insan resurslarının idarəedilməsi, menecment və ya oxşar sahədə).
  • Müvafiq sahədə azı 5 il iş stajı və 2 il idarəetmə təcrübəsi olmalıdır. 
  • Azərbaycan dilini əla səviyyədə, Rus və İngilis dillərini yüksək səviyyədə bilməlidir.
  • MS Office proqramlarından sərbəst istifadə etməlidir. (xüsusilə, Excel proqramı)
  • 1C ERP sistemində işləyə bilməsi üstünlükdür.
  • Dürüstlük, məsuliyyətlilik, adaptivlik kimi xüsusiyyətlərə malik olmalıdır.
  • Təşkilatçılıq, problem həlletmə, analitik düşünmək və güclü ünsiyyət bacarıqları olmalıdır.
İş haqqında məlumat

1998-ci ildə əsası qoyulan "Zəhmət-Ruzi" MMC hazırda SAB brendi kimi tanınır və yüksək keyfiyyətli ət və süd məhsullarının istehsalını həyata keçirir. İstehsal prosesi tam avtomatlaşdırılmış, Almaniya, İtaliya və Polşadan gətirilmiş ən müasir avadanlıqlar vasitəsilə həyata keçirilir. Həmçinin, zavodumuz müasir laboratoriyalar, anbarlar və daşınma sistemləri ilə təchiz olunub. Məhsullarımız bir çox yerli və beynəlxalq qida sərgilərində dəfələrlə qalib olub, mükafatlara layiq görülüb. Hazırda qarışımızdakı əsas məqsəd yerli bazarın tələbatını tam təmin etməklə yanaşı "SAB" - "Made In Azerbaijan" brendi ilə dünya bazarına çıxmaqdır.

 

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, Cəmiyyət daxili əsasnamə, prosedur, təlimat və Baş İcraçı Direktorun əmrlərinə müvafiq olaraq, işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunması proseslərinə və rəsmiləşdirilməsinə nəzarət edir.
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılmasına nəzarət edir, növbəti il üçün məzuniyyət planının tərtib edilməsini təmin edir və plana uyğun icrasına nəzarət edir.
  • Şöbənin perspektiv və illik planlarını işləyib hazırlayır.
  • İR üzrə Cəmiyyət daxili ERP (1C) sistemininin düzgün şəkildə işləməsini təmin edir.
  • Şirkətin fəaliyyət istiqamətinə uyğun kadr bazasını yaradır.
  • İşçilərin icbari və tibbi sığortası üzrə əməliyyatları həyata keçirir. 
  • İşçi axını və səbəblərini müəyyənləşdirir, axının aradan qaldırılması üçün tədbirlər planı hazırlayır və həyata keçirir.
  • İşəqəbul və oriyentasiya planı üzrə yeni işçilərin oriyentasiyası və sınaq müddətində izlənilməsini təmin edir.
  • İşçi təlim ehtiyaclarını araşdırır, müvafiq ehtiyaclar üzrə təlim proqramlarını hazırlayır və həyata keçirir.
  • İşçi münasibətləri üzrə yaranmış mübahisələrin həllində iştirak edir, işçi məmnuniyyətinin artırılması üzrə tədbirlər görür.
  • Performans qiymətləndirmə sistemini tətbiq etməklə, işçilərin mütəmadi performansını izləyir, nəticələr ilə bağlı məlumatlandırır, hədəflərin müəyyənləşdirilməsində iştirak edir.
  • Təşkilati mədəniyyətin qorunub saxlanmasında, təşkilati dəyərlərin bütün işçilərə ötürülməsində aktiv iştirak edir.
  • Aylıq, rüblük, yarımillik, illik hesabatlar hazırlayır və Baş İcraçı Direktora təqdim edir.

 

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 38

 

Təminatlar:

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ nömrə və ya limitlə təmin edilir.
  • Tibbi sığorta təminatı mövcuddur.

 

Uyğun namizədlər müraciət üçün öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissədə "İnsan Resursları meneceri” yazmaqla göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: