G
- Kateqoriya: Müxtəlif
 - Şəhər: Bakı
 - İş təcrübəsi: 1-3 il
 - Maaş: 800 AZN
 - Təhsil: Bakalavr
 
- İş rejimi: Tam-ştat
 - Elan ID: 15040
 
- E-poçt: hr@gfc.az
 - Elanın yerləşdirmə tarixi: 07.10.2025
 - Elanın bitmə tarixi: 06.11.2025
 
Namizədə tələblər
- Ali təhsilli olması;
 - Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
 - Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
 - Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
 - ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformaları ilə sərbəst işləmə bacarığı;
 - İşgüzar nitq və yazışma qabiliyyəti;
 - Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
 - Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
 - MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
 
İş haqqında məlumat
- Əmək qanunvericiliynə əsasən işə qəbul, işdən azad edilmə və vəzifə dəyişiklikləri üzrə müvafiq sənədləşmənin icrası və "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əməliyyatların həyata keçirilməsi;
 - Şəxsi işlərin qaydasında olmasına və müvafiq sənədlərin müntəzəm olaraq yenilənməsinin təmin edilməsi və nəzarətdə saxlanılması;
 - Müvafiq kadr əmrlərinin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əmək haqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi;
 - Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
 - ƏMAS-da daxil olan əməkdaş müraciətlərinin cavablandırılması;
 - Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;
 - Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təqdim edilməsi;
 - Müxtəlif arayışların tərtib edilməsi;
 - Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi və bu prosesin koordinasiya olunması;
 - Kargüzarlıq üzrə sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi;
 - Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
 - İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
 
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 - 5 günlük iş rejimi;
 - Əmək haqqı: 800 azn;
 - Müasir idarəetmə sistemi və mehriban kollektiv.
 
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
 Amper Elektrik
İnsan Resursları üzrə Mütəxəssis (HR Specialist)
Maaş: Müsahibə əsasında
24.10.2025
Bakı
60
 Green City Resort & Residence
İnsan Resursları üzrə Baş Mütəxəssis / Menecer
Maaş: 1500 - 2000 AZN
22.10.2025
Bakı
64
 Sirab Satış və Dağıtım MMC
İnsan resursları üzrə aparıcı mütəxəssis
Maaş: Müsahibə əsasında
21.10.2025
Xırdalan
63
 A Plus Supermarketlər şəbəkəsi
İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis
Maaş: 800 - 1000 AZN
15.10.2025
Bakı
100
 West Hospital
İnsan Resursları (HR) üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
13.10.2025
Bakı
92
 Balique
HR / İnsan resursları Mütəxəssisi
Maaş: 1000 - 1300 AZN
10.10.2025
Bakı
151