G
- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: 800 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14499
- E-poçt: hr@gfc.az
- Elanın yerləşdirmə tarixi: 02.08.2025
- Elanın bitmə tarixi: 01.09.2025
Namizədə tələblər
- Ali təhsilli olması;
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri, rus dili - arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformaları ilə sərbəst işləmə bacarığı;
- İşgüzar nitq və yazışma qabiliyyəti;
- Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
İş haqqında məlumat
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi.
Əsas vəzifə və öhdəliklər:
- Əmək qanunvericiliynə əsasən işə qəbul, işdən azad edilmə və vəzifə dəyişiklikləri üzrə müvafiq sənədləşmənin icrası və "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əməliyyatların həyata keçirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və müvafiq sənədlərin müntəzəm olaraq yenilənməsinin təmin edilməsi və nəzarətdə saxlanılması;
- Müvafiq kadr əmrlərinin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əmək haqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi;
- Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
- ƏMAS-da daxil olan əməkdaş müraciətlərinin cavablandırılması;
- Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;
- Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təqdim edilməsi;
- Müxtəlif arayışların tərtib edilməsi;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi və bu prosesin koordinasiya olunması;
- Kargüzarlıq üzrə sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı: 800 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar

West Hospital
İnsan Resursları (HR) üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
01.08.2025
Bakı
31

Favorite Premium Market
İnsan resursları üzrə əməliyyatçı (HR Operations)
Maaş: Müsahibə əsasında
30.07.2025
Bakı
53

Baku Steel Company CJSC
İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
16.07.2025
Bakı
75

Norm OJSC
İnsan Resursları üzrə Köməkçi
Maaş: Müsahibə əsasında
10.07.2025
Bakı
119

Ayan MMC
İnsan Resursları üzrə Menecer
Maaş: Müsahibə əsasında
09.07.2025
Bakı
95

Yalama Agropark MMC
İnsan Resursları üzrə mütəxəssis (Xaçmaz)
Maaş: Müsahibə əsasında
08.07.2025
Xaçmaz
70