G

İnkassator

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15283
  • E-poçt: parvina@goldenpay.az
  • Elanın yerləşdirmə tarixi: 31.10.2025
  • Elanın bitmə tarixi: 30.11.2025

Namizədə tələblər

  • Təhsil: Orta və ya ali arzuolunandır
  • İş təcrübəsi: 1-3 il, (İnkassasiya sahəsində müvafiq təcrübə arzuolunandır (xüsusilə; bank inkassasiyası, xəzinə, kassa)
  • Hərbi xidmət – yararlı
  • Sürücülük vəsiqəsi (B- C kateqoriyası)
  • Çeviklik
  • Analitik düşüncə
  • Komandada işləmə bacarığı
  • Məsuliyyət
İş haqqında məlumat
  • Rəhbərlik tərəfindən müəyyən olunmuş marşrut və əməliyyat planına əməl etmək
  • Terminallardan nağd vəsaitlərin və qiymətlilərin təhlükəsiz qaydalarına əməl edilməklə daşınmasını və mərkəzi xəzinəyə çatdırılmasını təmin etmək
  • Təhvil-təslim prosesində müvafiq sənədləşmə işlərini icra etmək
  • Fövqəladə hallar zamanı əvvəlcədən müəyyən olunmuş təlimatlara əməl etmək
  • Şirkətin siyasət və prosedurlarına əməl etmək
  • İnkassasiya zamanı vəzifə öhdəliyini vicdanla yerinə yetirmək
  • Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək.Açarların düzgün mühafizəsi və yalnız səlahiyyətli şəxslərə verilməsi təmin etmək. Açarların hər hansı zərər görməsi halında müvafiq tədbirlər görmək və rəhbərə məlumat vermək
  • Təhvil-təslim edilən hər bir əşya (açar, çek, kaset) barədə müvafiq sənədləri hazırlamaq və qeydiyyatını aparmaq..Təhvil-təslim prosesinə dair hər hansı qeyri-adi vəziyyət və ya problemə dair raport hazırlamaq. Həftəlik və ya aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək
  • Terminaldan pul yığımı zamanı heç bir çatışmazlıq və ya nasazlıq olmaması üçün müvafiq təhlil və yoxlama aparmaq
  • Terminal icarədarları ilə bağlanmış icarə müqavilələrinin şərtlərini izləmək və hər iki tərəfin hüquq və öhdəliklərini təmin etmək. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq ödənişlərin düzgünlüyünü və vaxtında yerinə yetirilməsini nəzarətdə saxlamaq

 

İş qrafiki: Həftəiçi 5 gün, 6-cı gün qısaldılmış iş günü.  

 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: