logo

İngilis dili müəllimi

  • Kateqoriya: Təhsil və elm
  • Şəhər: Bakı
  • Ünvan: Elmlər Metrosu, Zahid Xəlilov 25A
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Yaş: 20 - 40
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8180
Namizədə tələblər
  • İngilis dili müəllimliyi, tərcümə ixtisasından və ya digər ingilis dilli ixtisasdan məzun olmalı;
  • İngilis dili bilik səviyyəsi (C1 Advanced, C2 Mastery);
  • Beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL və s);
  • Qruplar və fərdlərlə işləmək üzrə təcrübə;
  • İngilis dili tədrisi və danışıq dərslərinin aparılması sahəsi üzrə azı 1 illik təcrübə mütləqdir;
  • İnnovativ, interaktiv, nəticəyönümlü metodlarla tədris aparma bacarığı;
  • Müxtəlif yaş qrupları ilə fərdi və qrup tədris qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaş: 20 – 40;
  • İş təcrübəsi: 2 il müvafiq sahə üzrə.
İş haqqında məlumat

Vision Academy İngilis dili müəllimi vakansiyasına işə qəbul elan edir.

Vision Academy 2009-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bəri öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir. Mərkəzimizin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır. Bu məqsədləri həyata keçirmək yolunda bizimlə bərabər çalışan əməkdaşlarımız ilə fəxr edirik və Sizi də Vision ailəsinin bir hissəsi olmağa, səmimi kollektivimizə qoşulmağa dəvət edirik.

 

Vəzifə Öhdəlikləri:

  • Qrup və fərdi qaydada tədris etmə bacarığı;
  • Təyin olunan proqram üzrə dərsləri maksimum effektivliklə tədris etmək;
  • Çalışmalar, materialları və yoxlanış suallarını hazırlamaq;
  • Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək;
  • Cədvəl təyin edilməsi, tələbələrin səviyyə üzrə qruplaşdırılması;
  • Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq;
  • Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək.

 

İş Haqqında:

  • Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq  (təcrübəyə əsasən dəyişəcək);
  • İş Yeri: Bakı Şəhəri, Elmlər Metrosu, Zahid Xəlilov 25A;
  • İş qrafiki: Həftədə 6 gün;
  • İş saatı: 10:00-19:00;
  • ARƏM uyğun işə qəbul.

 

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini qeyd edilmiş elektron poçtuna mövzu hissəsində “İngilis dili müəllimi” qeyd etməklə və ya +994 70-751-51-80 nömrəsinin whatsapına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: