logo

İngilis dili müəllimi

  • Kateqoriya: Təhsil və elm
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 17081
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 29.06.2026
  • Elanın bitmə tarixi: 29.07.2026

Namizədə tələblər

  • İxtisas üzrə ali təhsil ( İngilis dili müəllimliyi, Filologiya, Tərcümə);
  • 3 ildən az olmayan pedaqoji staj;
  • Fəlsəfə doktoru elmi dərəcəsi ( arzu olunan);
  • Beynəlxalq sertifikatların olması (TKT, TESOL, CELTA, IELTS, SAT və s.);
  • Microsoft Office proqramından istifadə etmək bacarığı;
  • General English, ESP tədrisi üzrə təcrübə.

 

Bilməlidir

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; 
  • Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
  • Tələbələrlə işin təşkili (ünsiyyətin qurulması), tələbələrlə tərbiyə işinin aparılmasını.
İş haqqında məlumat

Təşkilati məlumatlar:

  • Struktur bölməsi: Müvafiq kafedra;
  • Bilavasitə tabe olduğu şəxs: Müvafiq kafedranın müdiri.

 

Əmək funksiyası:

  • Müvafiq qaydalara uyğun olaraq fənni tədris etmək;
  • Tədris etdiyi fənn üzrə tədris prosesində innovativ təlim texnologiyalarından istifadə etmək, elektron tədris resurslarını yaratmaq;
  • Tələbələri maarifləndirmək, onlarla təlim-tərbiyə işləri aparmaq;
  • Kafedra iclaslarında mütəmadi olaraq iştirak etmək;
  • Tələbələrin tədqiqat işlərinə  istiqamət vermək;
  • Sillabusları, illik işçi planlarını, imtahan biletlərini vaxtında hazırlamaq və kafedra müdirinə təqdim etmək, imtahan cavablarını qiymətləndirmək;
  • Dekanlığın müəyyən etdiyi vaxtlarda kollokviumların keçirilməsini təmin  etmək;
  • Tədris etdiyi fənn üzrə tələbələrin müstəqil işlərini planlaşdırmaq və təşkil etmək;
  • Həftəlik dərs günlərinin sayı miqdarında həftəlik imtahan nəzarətində iştirak etmək;
  • Universiet tərəfindən müəyyən olunmuş qaydada  imtahanın  gedişinə nəzarət emək (imtahan nəzarətçisi);
  • Elmi-tədqiqat işləri ilə məşğul olmaq, elmi konfranslarda və universitetin təşkil etdiyi digər tədbirlərdə iştirak etmək;
  • Tədris ilinin yekununda fərdi və illik iş planı üzrə hesabat təqdim etmək.

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: