- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 14961
- Elanın yerləşdirmə tarixi: 26.09.2025
- Elanın bitmə tarixi: 26.10.2025
Namizədə tələblər
- Təhlükəsizlik prinsiplərini, yarana biləcək təhlükələri, riskləri və ən yaxşı təcrübələri anlamaq
- Sosial mühəndislik metodları, virus və növləri, ransomware və digər hücum növləri ilə yaxından tanış olmaq
- Hər-hansı maarifləndirmə portalı ilə iş təcrübəsi (Üstünlükdür)
- İSO 27001, NİST və ya digər beynəlxalq standartlar barədə məlumatlı olmaq (Üstünlükdür)
- Təhlükəsizlik avadanlıqları barədə məlumatlı olmaq – SİEM, EDR, XDR, Firewall və s. (Üstünlükdür)
- Yaxşı kommunikasiya, səlis nitq və təqdim etmə bacarıqları
- Detallara diqqətli olmaq, statistikaya əsaslanan analiz etmə bacarıqları
- Kreativ düşüncə tərzi
- Microsoft Office, Sharepoint, Canva, Adobe Creative Suite kimi alətlərlə iş təcrübəsi
İş haqqında məlumat
İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis kimi bu rolda siz İnformasiya Təhlükəsizliyi ilə bağlı prosesləri və riskləri idarə etmək, təcrübələri təşkilat daxilində paylaşmaq, məlumatlılığı artırmaq və kritik olan məlumatları qorumaq üçün İnformasiya Təhlükəsizliyi komandasının üzvü olacaqsınız.
Vəzifə öhdəlikləri:
- İnformasiya Təhlükəsizliyi təlimlərinin kontentinin hazırlanması, təlim prosesinin təşkil olunması və prosesin idarə edilməsi (manual və avtomatlaşdırılmış şəkildə)
- Spesifik vəzifə/sahəyə görə təlimlərin kontentinin hazırlanması
- Yeni təlimlər üçün ideya verilməsi, material və sual hazırlanması
- Ehtiyac olduqda onlayn və fiziki təlimlərin keçirilməsi
- Fişinq simulyasiyası üçün ssenari, hesabat və təqdimatların hazırlanması
- Fişinq simulyasiyasının təşkil olunması və prosesin idarə edilməsi (manual və avtomatlaşdırılmış şəkildə)
- Təlimlərin və fişinq simulyasiyalarının nəticələrinin izlənilməsi, statistikaların analiz edilməsi və hesabat hazırlanması
- Maarifləndirmə portalının idarə olunması, yaranan problemlərin aradan qaldırılması, işçilərə portalla bağlı yaranan problemlərdə dəstək göstərilməsi
- Ən son təhlükəsizlik trendlərini, xəbərləri izləmək, bunlarla bağlı təlim kontenti və poster hazırlanması
- Həftəlik əsasda İnformasiya Təhlükəsizliyi jurnalının hazırlanması və kommunikasiya olunması
- Maarifləndirmə proqramının beynəlxalq standartlara uyğunluğunu təmin etmək
- Maarifləndirmə proqramının illik və rüblük strategiyasını hazırlamaq
- HR, Komplayens, İT, PR və digər komandalarla birlikdə əməkdaşlıq
Biz nə təklif edirik:
- Nahar xərcinin qarşılanması
- İllik performans və layihə bonusları
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta
- “Learning Hub” təlim platformalarından istifadə imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
TuranBank ASC
İnformasiya Texnologiyalarının İdarə Edilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi
Maaş: Müsahibə əsasında
12.05.2026
Bakı
30
Avrora
Videomüşahidə sistemləri üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
04.05.2026
Bakı
132
Prior Leasing
Rəqəmsal Layihələr üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
01.05.2026
Bakı
141
PRODATA
Middle System Analyst
Maaş: Müsahibə əsasında
29.04.2026
Bakı
115
M
MicroTech LLC
AI Data Center Business Development Manager
Maaş: 3500 - 4000 AZN
23.04.2026
Bakı
151
Aviation Services Group
Amadeus Texniki dəstək heyəti
Maaş: 1060 AZN
21.04.2026
Bakı
157