- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 14705
- Elanın yerləşdirmə tarixi: 04.09.2025
- Elanın bitmə tarixi: 04.10.2025
Namizədə tələblər
Təhsil və ixtisas:
- Informasiya sistemləri, kompyuter mühəndisliyi və digər oxşar texniki ixtisaslar.
Sertifikatlar:
- Arzuolunandır (CompTia, İTİL)
Bilik və bacarıqlar:
- Windows 10 & 11 istifadəçi səviyyəsində dəstək-başlanğıc
- User Accounts, O365 Mailboxes-orta
- Basic Knowledge and administration of servers (Domain, AD, DHCP, DNS)-başlanğıc
- Şəbəkə haqqında baza biliklər (LAN, IP ünvanlama) - başlanğıc
- İT təhlükəsizliyi üzrə biliklər: şifrə siyasəti, phishing hücumlarının tanınması, məlumatların qorunması və məxfilik prinsipləri-yaxşı
- Proqram təminatı arxitekturası haqqında baza anlayışlar - yaxşı
- Rol və icazələrin idarə edilməsi: istifadəçilərə rol və hüquqların verilməsi və nəzarəti üzrə ilkin biliklər - yaxşı
- Problemlərin ilkin diaqnostikası və aradan qaldırılması – orta.
Dil bilikləri:
- Azərbaycan,İngilis və rus dili bilikləri.
İş haqqında məlumat
“PAŞA Sığorta” ASC namizədləri İnformasiya sistemlərinə dəstək üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- İstifadəçilərdən daxil olan zənglərin, sorğuların və e-maillərin qəbul edilməsi və qeydiyyata alınması
- Müraciətlərin ilkin diaqnostikasının aparılması və sadə texniki problemlərin operativ həlli
- İT incidentlərinin idarə olunması: baş verən hadisələrin vaxtında qeydiyyatı, təsnifləşdirilməsi və həlli üçün eskalasiyanın həyata keçirilməsi
- Sistemlərin monitorinqi: əsas İT sistemlərinin və xidmətlərinin vəziyyətinə nəzarət etmək, nasazlıq aşkar edildikdə dərhal reaksiya vermək
- Rol və icazələrin idarə olunması: istifadəçi hesablarının yaradılması, şifrələrin sıfırlanması, rolların və giriş hüquqlarının verilməsi və ya dəyişdirilməsi
- Korporativ e-poçt və ofis tətbiqləri ilə bağlı istifadəçi dəstəyinin göstərilməsi
- Kompüter, noutbuk və periferik cihazların (printer, skaner və s.) ilkin sazlanması və texniki dəstəyi
- Uzaqdan qoşulma vasitələri (RDP, AnyDesk, TeamViewer və s.) ilə istifadəçi dəstəyi təmin etmək
- Sorğuların təsnifləşdirilməsi: növ, prioritet və təcililiyinə görə qiymətləndirilməsi
- Müraciətlərin İT servis sistemi (Jira Service Desk, ServiceNow və s.) üzərində dəqiq qeydiyyatının və status yeniləmələrinin aparılması
- Təhlükəsizlik siyasətlərinə riayət olunmasına nəzarət etmək və istifadəçiləri məlumatlandırmaq (şifrə siyasəti, phishing riskləri və s.)
- Daxil olan müraciətlər üzrə şöbə rəhbərinə periodik hesabatların təqdim olunması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
İş şərtləri:
- Növbəli iş grafiki: 07:00-16:00, 13:00-22:00, 22:00-07:00, 9:00-18:00 növbələri.
Zəhmət olmasa Müraciət et düyməsində qeyd olunan linkə daxil olub vakansiya müraciətinizi şirkətin rəsmi veb-saytı üzərindən tamamlayın.
Oxşar vakansiyalar
TuranBank ASC
İnformasiya Texnologiyalarının İdarə Edilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi
Maaş: Müsahibə əsasında
12.05.2026
Bakı
30
Avrora
Videomüşahidə sistemləri üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
04.05.2026
Bakı
132
Prior Leasing
Rəqəmsal Layihələr üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
01.05.2026
Bakı
141
PRODATA
Middle System Analyst
Maaş: Müsahibə əsasında
29.04.2026
Bakı
115
M
MicroTech LLC
AI Data Center Business Development Manager
Maaş: 3500 - 4000 AZN
23.04.2026
Bakı
151
Aviation Services Group
Amadeus Texniki dəstək heyəti
Maaş: 1060 AZN
21.04.2026
Bakı
157