- Kateqoriya: Təhsil və elm
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 7696
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 26.08.2024
- Elanın bitmə tarixi: 25.09.2024
Namizədə tələblər
- İbtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi;
- Magistratura dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan biliklər:
- Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları)” üzrə;
- Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
- İKT, MS Office və müasir təlim texnologiyaları;
- Təhsil sahəsində cari qlobal çağırış və təşəbbüslər haqqında;
- Yüksək səviyyədə Azərbaycan dili (C1) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri.
Tələb olunan səriştəliklər:
- Özünü motivə etmə və öyrənmə;
- Əməkdaşlıq;
- Ədalətlilik və məsuliyyətlilik;
- Məntiqi təffəkkür;
- Yaradıcılıq;
- Səbirlilik.
Tələb olunan bacarıqlar:
- Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
- Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
- Özü və şagirdləri ilə refleksiya apara bilmə.
İş haqqında məlumat
"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-nin nəzdində fəaliyyət göstərən Ümumtəhsil məktəbinin Milli kurikulum üzrə ibtidai təhsil bölməsində Köməkçi müəllim (Rus bölməsi) vəzifəsi üçün vakansiya mövcuddur.
İş rejimi: 09:00-18:00 (həftədə 40 saat)
Əsas vəzifə öhdəlikləri:
Köməkçi müəllim kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası sinfinə girdiyi ibtidai sinif müəlliminin
birbaşa rəhbərliyi və bələdçiliyi ilə şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin
missiya*, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq
formalaşmasını həyata keçirmək məqsədi ilə İbtidai sinif müəllimlərinə şagirdlərin yaş səviyyəsini və
öyrənmə vəziyyətini nəzərə almaqla, dərsin məzmununu və öyrətmə yollarının planlaşdırılmasında və
buna uyğun olaraq dərsin tədris edilməsində; şagirdlərin hərtərəfli inkişafına töhfə verilməsində; təhsil və
təlim çərçivəsində planlaşdırılan digər işlərdə; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində
valideynlərlə münasibətlər saxlamaqda köməklik göstərməkdir. Bundan əlavə şagirdlərin yemək, dərnək
fəaliyyətləri kimi sinifdənkənar lazım olan yerlərdə olduqları zaman onlara nəzarət etmək, şagirdlərin
özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etmək, özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik
(paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərmək, şagirdlərin valideynlərdən təhvil alınması
və təhvil verilməsinə köməklik etmək də Köməkçi müəllimin əsas vəzifə funksiyaları arasındadır.
İş təcrübəsi:
İxtisas üzrə iş təcrübəsi tələb olunmur.
*“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” olaraq əsas missiyamız xoşbəxt və uğurlu
şəxsiyyətlər yetişdirməkdir. Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və
səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd
qoymuşuq. Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini
nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda
olduqca tələbkar mühit yaradırıq.
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər. https://www.21esr.com/career/jobaz/vacancy/84-ibtidai-sinif-komakci-muallim-rus-bolmasi
[email protected]
Oxşar vakansiyalar
LANDAU School
Учитель математики
Maaş: Müsahibə əsasında
14.05.2026
Bakı
31
Avropa Azərbaycan Məktəbi
Personal Assistant to the High School Principal (2026-2027 Academic Year)
Maaş: Müsahibə əsasında
12.05.2026
Bakı
62
F
First Academy
Alman dili müəllimi
Maaş: Müsahibə əsasında
06.05.2026
Bakı
102
StudyLab
Xaricdə Təhsil üzrə Baş Mütəxəssis
Maaş: 1500 - 2000 AZN
01.05.2026
Bakı
153
AID Group
Xaricdə təhsil üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
28.04.2026
Bakı
130
Glodemia
Pre-SAT and SAT Verbal Teacher
Maaş: Müsahibə əsasında
25.04.2026
Bakı
149