
- Kateqoriya: Hüquq
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14781
- E-poçt: cv@evrascon.com
- Elanın yerləşdirmə tarixi: 11.09.2025
- Elanın bitmə tarixi: 11.10.2025
Namizədə tələblər
- Ali hüquq təhsili;
- Hüquq sahəsində 5 ildən artıq iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə dərin biliklər;
- Müqavilələrin hazırlanması və hüquqi rəylərin verilməsi təcrübəsi (Məhkəmə və dövlət orqanları ilə iş təcrübəsi üstünlükdür);
- Güclü analitik düşünmə və yazılı ünsiyyət bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Ofis proqramları və fəaliyyətlə bağlı digər proqramlarla sərbəst işləmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi və uçotu qaydalarını bilməsi.
İş haqqında məlumat
- Müqavilələrin hazırlanması, təhlili, hüquqi ekspertizası və şərtlərinin qiymətləndirilməsi, eyni zamanda müqavilələr üzrə risklərin müəyyən olunması və hüquqi rəylərin verilməsi;
- Müxtəlif istiqamətlərdə rəsmi məktubların, hüquqi rəylərin hazırlanması;
- Müəssisənin fəaliyyətində potensial hüquqi risklərin müəyyənləşdirilməsi, onların minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Müəssisənin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və tövsiyələrin verilməsi, onların fəaliyyətinin normativ-hüquqi aktlara uyğun icrasına dəstək göstərilməsi;
- Hüquqi sənədlərin uçotunun aparılması, arxivləşdirilməsi və qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət olunmaqla saxlanmasının təmin edilməsi;
- Beynəlxalq müqavilələr, əməkdaşlıqlar və tərəfdaşlıqlar üzrə hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi məlumat bazaları və normativ aktlarda baş verən dəyişikliklərin izlənilməsi, rəhbərliyin və struktur bölmələrin yenilənmiş hüquqi tələblərlə təmin edilməsi;
- Birbaşa rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Şirkət təklif edir:
- Rəqabətədavamlı əmək haqqı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik və peşəkar komanda ilə iş.
İş şəraiti:
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
Müraciət üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “Hüquqşünas vakansiyası” qeyd edilməlidir.