
- Kateqoriya: Hüquq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10870
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 25.02.2025
- Elanın bitmə tarixi: 27.03.2025
Namizədə tələblər
- Hüquq sahəsində ali təhsil;
- Mövcud sahə üzrə iş təcrübəsi (Korporativ hüquq təcrübəsi üstünlükdür);
- Rus dillərini əla səviyyədə bilməli;
- MS Offise proqramlarında iş bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
İş haqqında məlumat
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak etmək;
- Şirkətin və törəmə müəssisələrin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi;
- Dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək;
- Şirkətin tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.