logo

Hüquq Şöbə Rəhbəri

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7611
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 20.08.2024
  • Elanın bitmə tarixi: 19.09.2024
Namizədə tələblər
  • Ali hüquq təhsili (LLM dərəcəsi arzuolunandır)
  • Hüquq sahəsində ən azı 5 il (hüquq strukturunda rəhbər vəzifədə ən azı 2 il) müvafiq iş təcrübəsi (distribusiya, retail (FMCG) və digər əlaqəli bizneslərdə hüquq təcrübəsi olanlara üstünlük verilir).
  • Mülki hüquq (korporativ hüquq, müqavilə hüququ və s.), əmək hüququ, rəqabət hüququ, ticarət hüququ, əqli mülkiyyət hüququ, vergi hüququ, istehlakçı hüquqları və sahibkarlıq fəaliyyətini tənzimləyən digər hüquq sahələri, habelə, mülki, inzibati, cinayət prosessual qanunvericiliyi üzrə bilik və bacarıqlar,
  • Azərbaycan, ingilis, rus, türk dillərində hüquqi sənədlərlə işləmək və kommunikasiya bacarığı;
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Liderlik, ekspertlik, yaxşı ünsiyyət və komanda ilə işləmək bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş haqqında məlumat

Sizə sürətlə böyüyən #Veysəloğlu Şirkətlər Qrupunun #dinamik #iş mühitində #perspektivli iş təklif edirik.

 

 

Öhdəliklər:

  • Şirkətin Hüquq şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi, əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi;
  • Şirkətin biznes fəaliyyətinin hüquqi təminatının və qanunvericiliyə uyğunluğunun təmin edilməsi işinin təşkili;
  • Mülki, maliyyə, vergi, əmək, ticarət, rəqabət və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
  • Yerli və xarici müqavilələrin layihələrinin tərtibi və ekspertizasına təmin və təşkil edilməsi, onların təhlili və ümumiləşdirilməsi;
  • Şirkətin daxili normativ sənədlərinin, əmr, sərəncam, təlimat, qayda, protokol, prosedur və digər hüquqi rəy tələb olunan sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması, həmçinin belə sənədlərin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılmasının təmin və təşkil edilməsi;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə münasibətlərin təşkil olunması, müvafiq orqanlara sorğuların göndərilməsi, onların məktublarına (sorğulara, müraciətlərə) cavabların hazırlanması və ya belə cavablara hüquqi rəyin verilməsi işini təşkili və rəsmi kargüzarlıq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
  • Şirkətin hüquqlarının və qanuni maraqlarının məhkəmə hüquq mühafizə, nəzarət, tənzimləyici və digər orqanlarında yüksək peşəkarlıqla təmsilçiliyinin təmin və təşkil edilməsi;
  • Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
  • Yuxarı rəhbər strukturların tapşırıqlarının yerinə yetirilməsi və hesabatların verilməsi.

 

  Maraqlananlar vakansiya ilə bağlı cv-lərini “Hüquq Şöbə Rəhbəri” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: