logo

Hüquq Meneceri

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10136
  • Elanın yerləşdirmə tarixi: 05.02.2025
  • Elanın bitmə tarixi: 07.03.2025

Namizədə tələblər

  • Hüquq üzrə minimum bakalavr dərəcəsi; magistr dərəcəsinə üstünlük verilir;
  • 7-10 il hüquq sahəsində iş təcrübəsi, kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlükdür;
  • Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı, Rus dili biliyi üstünlükdür;
  • Birləşmələr və Alışlar, korporativ idarəetmə, kommersiya hüququ və torpaq qanunvericiliyi üzrə güclü nəzəri və praktiki biliklərə sahib olmaq;
  • Əmək qanunvericiliyi və əmək münasibətlərinin tənzimlənməsi üzrə nəzəri və praktiki biliyə sahib olmaq;
  • Hüquqi yoxlama və risk qiymətləndirmələri üzrə təcrübə;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda idarəetmə bacarığı;
  • Güclü analitik düşüncə və ünsiyyət bacarıqlarına sahib olmaq.
İş haqqında məlumat
  • Birləşmələr və Alışlar üzrə əməliyyatların hüquqi aspektlərini idarə etmək və rəhbərlik etmək;
  • Hüquqi yoxlama və birləşmədən sonrakı inteqrasiyanı həyata keçirmək;
  • Birləşmələr və Alışlar, birgə müəssisələr və digər əsas əməliyyatlarla bağlı müqavilələri hazırlamaq və nəzərdən keçirmək;
  • Mürəkkəb hüquqi məsələlər üzrə bisnes funksiyaların hüquq komandası və digər şöbələrinə rəhbərlik və dəstək vermək;
  • Funksiya rəhbərinə və digər yüksək rəhbərliyə strateji hüquqi məsləhətlər vermək;
  • Biznes funksiyalar üzrə hüquqi və normativ tələblərə uyğunluğu təmin etmək;
  • Biznes funksiyalar üzrə mühüm hüquqi məsələləri, o cümlədən məhkəmə məsələlərini həll etmək;
  • Qrup daxilindəki şirkətlərin fəaliyyəti ilə bağlı müvafiq lisenziya, icazə və sertifikatların alınmasında hüquqi dəstək göstərmək;
  • Qrupun şirkətlərini dövlət orqanları, hökumət və qeyri-hökumət təşkilatları, notariat kontorları, mediasiya orqanları və məhkəmələrdə təmsil etmək;
  • Hüquq funksiyasına dair daxili qaydalar, normativ aktlar və əsasnamələri hazırlamaq, həmçinin digər qaydaları və siyasətləri hüquqi baxımdan nəzərdən keçirmək;
  • Hüquqi məsələlərin vəziyyəti barədə funksiya rəhbərinə mütəmadi hesabatlar hazırlanmaq və təqdim etmək;
  • Qrupun şirkətlərinin fəaliyyəti ilə bağlı funksiya rəhbəri tərəfindən təyin olunan digər hüquqi tapşırıqları yerinə yetirmək;
  • Hüquqi tapşırıqların yerinə yetirilməsi üçün zərurət yarandıqda ezamiyyətlərə getmək.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: