logo

Hesabatlılıq şöbəsinə məsləhətçi/aparıcı məsləhətçi

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Lev Tolstoy 170
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11113
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 04.03.2025
  • Elanın bitmə tarixi: 03.04.2025

Namizədə tələblər

  • Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq sahələri üzrə);
  • Təcrübə: Maliyyə, mühasibatlıq istiqamətində ən azı 3 illik iş təcrübəsi;
  • Şəxsi bacarıqlar: İnduktiv və analitiki təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, problemləri həll etmə, qətiyyət, komandada işləmə, təqdimat və ünsiyyət bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

 

Texniki biliklər: 

  • MS Excel üzrə yüksək səviyyədə biliklər;
  • MS Power BI bilməsi arzuolunandır;
  • IFRS üzrə nəzəri və praktiki biliklərin olması;
  • Maliyyə hesabatları ilə işləmə bacarığı;
  • PMS sertifikatının olması;
  • ACCA F7 sertifikatı üstünlükdür.
İş haqqında məlumat
  • Agentliyin aylıq, rüblük və illik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq  vaxtında hazırlanması və təqdim edilməsi;
  • Maliyyə hesabatlarının təhlil edilməsi, maliyyə əmsallarının hesablanması və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Kənar auditin aparılmasına dəstək və auditorlarla əlaqəli şəxs kimi çıxış edərək tələb olunan məlumatların toplanılması və təqdim edilməsi;
  • Regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamalarının aparılmasında iştirak və hesabatın verilməsi;
  • ERP/Mühasibatlıq sisteminin tətbiq olunması, proseslərin təkmilləşdirilməsi və idarəetmə hesabatlarının avtomatlaşdırılmasının aparılması;
  • Mühim maliyyə göstəriciləri üzrə analitik hesabatların hazırlanması və onların optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi.

 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

 

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi;
  • Praktiki tapşırıq/test mərhələsi;
  • Müsahibə.

 

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 18 mart 2025;
  • CV-lərinizi Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

 

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: