• Kateqoriya: Səhiyyə
  • Şəhər: Gəncə
  • Ünvan: Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: 808 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12656
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.04.2025
  • Elanın bitmə tarixi: 17.05.2025

Namizədə tələblər

  • Tibbi sahə üzrə ali təhsil
  • Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq
  • Yüksək kommunikasiya bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Kompüter biliyi (MS Office)
İş haqqında məlumat

Həkim SOS Uşaq Kəndində tərbiyə alan uşaqların sağlamlığının qorunmasına və yaxşılaşdırılmasına cavabdehdir.

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Tibbi sığortanın həyata keçirilməsinə dəstək göstərmək
  • İlk tibbi yardım göstərmək
  • Hər bir uşağın cədvəl üzrə peyvənd olunmasını təmin etmək
  • Kəndin İnkişaf Planının hazırlanmasında iştirak etmək
  • Uşaqların Fərdi İnkişaf Planının yazılmasında iştirak etmək
  • İldə 2 dəfə uşaqların dispanserizasiyadan keçirilməsini təmin etmək
  • Dispanser qeydiyyatında olan uşaqların aidiyyatı üzrə mütəxəssislərə yönəldilməsini təmin etmək
  • İşçilərin tibbi müayinədən keçirilməsini təmin etmək
  • Uşaqlar və işçilər arasında tibbi maarifləndirmə işinin aparılması
  • Ailə evlərində sanitar-gigiyenik vəziyyətə nəzarət
  • Uşaq Qəbulu Komissiyasının işində iştirak etmək
  • Aylıq plan və hesabatların hazırlanması
  • Hökumət qurumları ilə əməkdaşlığın gücləndirilməsi
  • Kənddə sağlamlaşdırmaya dair tədbirlərin təşkili və keçirilməsi
  • Ailələrdə qida rejiminə nəzarət
  • Tibbi sənədləşmənin aparılması və saxlanılmasını təmin etmək
  • İnfeksion xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlər görmək
  • Yeni qəbul olunmuş uşaqların ilkin tibbi müayinəsi, kənar mütəxəssislərdə müayinəsini təmin etmək
  • Tibbi sənədlərinin hazırlanması

 

İŞ ŞƏRTLƏRİ:

  • Ərazi: Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189
  • 808.42 AZN (vergilər daxil) əmək haqqı
  • 5 günlük iş həftəsi (09:00-18:00)
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı

 

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 



Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV Gəncə SOS Uşaq Kəndi/Həkim” adlı başlıqla Müraciət et butonunda qeyd olunan e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

 

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: