logo

Gözətçi

  • Kateqoriya: Xidmət
  • Şəhər: Bakı
  • Ünvan: Bakı-Sumqayıt şosesi
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7954
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 18.09.2024
  • Elanın bitmə tarixi: 18.10.2024
Namizədə tələblər
  •  Orta təhsil;
  •  Ən azı 6 ay iş təcrübəsi;
  •  Azərbaycan dilini  bilmək; 
  •  Psixoloji vəziyyəti yerində kişi namizədlər;
  •  Təmizkarlıq, stressə davamlılıq;
  • Hərbi xidmətə yararlı və xidmət keçmiş namizədlər.
İş haqqında məlumat
  • Gözətçi müdiriyyətin nümayəndəsi və ya əvəz olunan gözətçi ilə birlikdə mühafizə olunan obyektin (filialın) bütövlüyünü (kilidlər və digər bağlama qurğuları; plombların varlığı, yanğınəleyhinə inventarlar; siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığı) yoxlayır. 
  • Obyekti mühafizəyə qəbul etməyə imkan verməyən nasazlıqlar (oğurlanmış texnika,sındırılmış qapı, pəncərə və ya kilidlər, plomb və ya möhürlərin olmaması) aşkar olunan zaman tabe olduğu şəxsə, müdiriyyətin nümayəndəsinə və polis bölməsi üzrə növbətçiyə, məlumat verir və polisin nümayəndələri gələnədək cinayət izlərinin qorunmasını həyata keçirir. 
  • Obyektdə yanğın baş verməsi zamanı həyəcan qaldırır, yanğın komandasına və polis bölməsi üzrə növbətçiyə xəbər verir, yanğının aradan qaldırılması üzrə tədbirlər görür.
  • Təşkilatın girişində növbə çəkir; işçiləri, qonaqları, nəqliyyatı, texnikanı onların təqdim etdikləri müvafiq sənədlər üzrə təşkilatın ərazisinə və geriyə buraxır.
  • Müşayiətedici sənədləri faktiki mövcud yüklə(texnika ilə) yoxlayır. Növbəni qəbul edir və təhvil verir.
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;
  • Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;
  • Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət              edən  İcra etdiyi işlərin daxili prosedur və qaydalara uyğun olmasına görə məsuliyyət daşımaq;
  • Rəhbərlik tərəfindən tələb olunduğu təqdirdə yeni işçilərə sınaq dövrü müddətində işi öyrənməsi üçün yaxından köməklik göstərmək;
  • İstifadəsində olan əmlak və digər mal-materiallara dair məsuliyyət daşımaq;
  • Təşkilatın əmlakının, avadanlıqlarının qorunmasını təmin etmək.
  • Gözətçi əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə  qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

 

İş şərtlərimiz:

  • İş qrafiki: 1 gün növbə, 2 gün istirahət 
  • İş saatları: axşam 18:00-dan səhər 09:00-a kimi 
  • Bakı-Sumqayıt şosesi (Saray DYP postuna çatmamış Prior Traktor Satış Mərkəzi)

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gözətçi” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: