logo

Full stack developer (Moodle LMS üçün)

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15824
  • Elanın yerləşdirmə tarixi: 12.12.2025
  • Elanın bitmə tarixi: 11.01.2026

Namizədə tələblər

Təcrübə: 

  • Minimum 2–3 il Full-Stack Development təcrübəsi; LMS və ya SaaS platformalarında işləmək üstünlükdür.
  • Moodle LMS-də plugin development, theme development və core modifications üzrə praktik təcrübə (üstünlük: Moodle 3.x/4.x).
  • Büyük kod bazaları ilə işləmə, CI/CD, code optimization və production-level debug təcrübəsi.
  • REST API, üçüncü tərəf servis inteqrasiyası və məlumat mübadiləsi ilə iş təcrübəsi.

 

Təhsil: İnformasiya texnologiyaları, proqram mühəndisliyi, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil.

 

Sertifikat:  

  • Moodle Developer Certification (üstünlük).
  • PHP, Laravel/Symfony, JavaScript və ya Database üzrə peşəkar sertifikatlar.
  • Cloud sertifikatları (AWS, Azure) varsa, əlavə üstünlük sayılır.

 

Texniki səriştələr:

  • PHP 7/8 üzrə güclü biliklər və OOP prinsiplərinə tam bələdlik.
  • JavaScript (ES6+), jQuery, HTML5, CSS3, Bootstrap, Mustache templating.
  • Moodle-in plugin architecture (mod, block, local, tool, auth, enrol, report plug-ins) üzrə bilik.
  • MySQL və/və ya PostgreSQL üzrə sorğu optimizasiyası, DB dizaynı və refaktor bacarıqları.
  • Git (branching, merge, pull requests) və CI/CD ilə iş bacarığı.
  • API integration: REST, GraphQL, OAuth2, SAML, external system sync.
  • Linux server mühiti, cron jobs, caching (Redis), performance tuning üzrə anlayışlar.

 

Davranış səriştələri:

  • Analitik düşüncə və problemi sürətli həll etmə bacarığı.
  • Kompleks kod bazasında işləmək və sistematik yanaşma nümayiş etdirmək.
  • Komanda ilə effektiv kommunikasiya və agile mühitdə çalışma bacarığı.
  • Məsuliyyətlilik, nəticə yönümlülük və detallara diqqət.
  • Yeni texnologiyaları öyrənmək və Moodle-in yeni versiyalarına uyğunlaşmaq istəyi
İş haqqında məlumat

BERC Group MMC IT komandasına “Full stack developer” (Moodle LMS üçün) vakansiyası üzrə işə qəbul elan edir.

 

Developer Moodle LMS sistemi layihə üzərində çalışacaq və LMS sistemlərini inkişaf etdirəcək.

 

İş barədə məlumat:

  • Moodle LMS-in əsas kod bazası üzərində yeni funksionallıq, plugin, blok, modul və web-service-lərin hazırlanması.
  • Mövcud Moodle modullarının optimallaşdırılması, bug-fix, performans artırılması və təhlükəsizlik zəifliklərinin aradan qaldırılması.
  • Moodle-in PHP backend (modular plugin architecture) strukturu üzrə yeni API-lərin hazırlanması və mövcud API-lərin genişləndirilməsi.
  • Frontend interfeyslərin (HTML5, CSS3, JavaScript, jQuery, Mustache templates) inkişaf etdirilməsi və UI/UX təkmilləşdirilməsi.
  • LMS daxilində inteqrasiyalar üçün REST / GraphQL API-lərlə işləmək, üçüncü tərəf sistemlərinə məlumat mübadiləsi qurmaq.
  • Moodle Database Layer ilə işləyərək MySQL/PostgreSQL-də sorğular, yeni DB strukturları və optimizasiya aparmaq.
  • Moodle cron jobs və background task sisteminin (scheduled tasks) idarə olunması və yeni proseslərin yazılması.
  • Sistemə yeni autentifikasiya metodlarının əlavə olunması (OAuth2, SAML, LDAP və s.).
  • Code review, version control (Git), CI/CD proseslərində iştirak, deployment və test mühitlərinin idarə olunması.
  • Texniki sənədləşmənin aparılması, istifadəçilər və adminlər üçün təlim və dəstək verilməsi.

 

BERC Group MMC sizə nə vəd edir?

  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər; 
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus); 
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı);
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
  • Nahar yeməyinin təşkili.

 

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər: 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: