logo

Fiziki təhlükəsizlik üzrə Növbətçi (Təhlükəsizlik strukturu)

  • Kateqoriya: Xidmət
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Növbəli
  • Elan ID: 15108
  • E-poçt: cv@afb.az
  • Elanın yerləşdirmə tarixi: 15.10.2025
  • Elanın bitmə tarixi: 14.11.2025

Namizədə tələblər

  • Ali və ya orta ixtisas təhsil;
  • Hüquq-mühafizə, təhlükəsizlik və mühafizə sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Vətəndaşlıq qüsursuzluğuna malik olmaq;
  • Ünsiyyət qurma bacarığı;
  • İşçilərlə münasibətdə diqqətli, nəzakətli rəftar bacarığı;
  • MS Office proqramında işləmək bacarığı.
İş haqqında məlumat
  • Fasiləsiz olaraq texniki sistemlər vasitəsilə Bankın etibarlı mühafizəsini və Bankda tətbiq olunmuş buraxılış rejimini müvafiq qaydada təşkil edir, bu istiqamətdə zəruri tədbirləri həyata keçirir;
  • Bankın bütün struktur bölmələrində buraxılış rejimlərinin təmin edilməsinin monitorinqi üçün yoxlamalar və profilaktik işlər aparır;
  • Bankda nağd vəsaitlərin və qiymətlilərin qəbulu, daşınması, eləcə də qorunması istiqamətində işin təşkilində iştirak edir;
  • Fövqəladə hadisələr zamanı tərtib olunmuş “xəbərdarlıq sxemi” üzrə Bankın məsul işçilərini məlumatlandırır, Təxliyyə planı əsasında fövqəladə hallar zamanı işçilərin evakuasiyasını təmin edir;
  • Bankın Baş Ofisi, filial və şöbələrində quraşdırılmış mühafizə, yanğın-həyəcan və videonəzarət sistemlərinin qüsursuz işləməsinə, bu avadanlıqlar vasitəsilə Bankın mühafizəsinin təmin edilməsinə mütəmadi olaraq nəzarəti həyata keçirir;
  • Bankın Baş Ofisi, filial və şöbələrində videonəzarət sistemləri ilə qeydə alınan çəkilişlərin keyfiyyətli, tam və dolğun şəkildə aparılmasını və saxlanılmasını təmin edir;
  • Müəyyən texnoloji vasitələrin köməyi ilə inkassator maşınlarının marşrut üzrə hərəkətinə nəzarət edir.

 

İş şəraiti:

  • İş qrafiki: Növbəli;
  • Ünvan: Bakı şəhəri.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki Təhlükəsizlik üzrə növbətçi” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: