logo

Filial Müdiri (Sumqayıt filialı)

  • Kateqoriya: İnzibati
  • Şəhər: Sumqayıt
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • Yaş: 25 - 50
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13559
  • E-poçt: aysun.rustamova@finexkredit.az
  • Elanın yerləşdirmə tarixi: 26.05.2025
  • Elanın bitmə tarixi: 25.06.2025

Namizədə tələblər

  • Ali təhsil, iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
  • Qüsursuz vətəndaş keyfiyyətlərinə malik olmaq (qüsursuzluq arayışı);
  • Bank, BOKT və ya Lombard sahəsində minimum 3 il təcrübə;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Kreditlərin verilməsinə dair Az.Res. Mərkəzi  Bankının qayda, prosedur, təlimatlarını bilmək;
  • Qızıldan anlayışı olmaq;
  • Lombard krediti üzrə təcrübəsi olmaq;
  • Sumqayıt şəhəri ərazisini yaxşı tanımaq;
  • Təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək;
  • Yaş: 25-50;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə);
  • Diqqətli və Operativ olması;
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı.
İş haqqında məlumat
  • BOKT tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
  • Filiala verilmiş lisenziyaya uyğun BOKT xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
  • BOKT-nin rəhbərliyinin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filiaların açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
  • Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
  • Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
  • Filiaların Baş ofisdəki filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
  • Filialların kassa limitinin qorunmasına nəzarət etmək, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş ofisə sifariş vermək;
  • Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
  • Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirlərini həyata keçirimək;
  • Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
  • Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;
  • Filialın işçi heyətini idarə etmək;
  • Filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Korporativ nömrə ilə təmin edilmə.

 

Əmək haqqı:

  • Müsahibə əsasında təyin ediləcək.

 

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Sumqayıt filialı_filial müdiri” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: