
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14405
- E-poçt: hr@gashalti.az
- Elanın yerləşdirmə tarixi: 24.07.2025
- Elanın bitmə tarixi: 23.08.2025
Namizədə tələblər
- Ali təhsil (Aşpazlıq və yaxud hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
- Rus və ingilis dili bilikləri;
- Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
- Hotelçilik və restoran sahələrində minimum 5 il iş tərcübəsi;
- Mətbəx üzrə xərclərin aylıq və illik hesbatının hazırlanması;
- İş yeri Naftalan şəhərində yerləşir;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.
İş haqqında məlumat
- Mətbəxin bütün fəaliyyətini təşkil edir və nəzarət edir;
- Yemək və digər qida məhsullarının alışı üçün büdcəni təşkil edir və xərcləri izləyir;
- Qida materiallarının israfının qarşısını almaq üçün tədbirlər görür;
- İstifadə olunan materialların və məhsulların miqdarını düzgün müəyyən edir;
- İaşə obyektinin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanması;
- İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsi;
- Mətbəxdə bütün müxtəlif vəzifələr üzrə biliklərə malik olmaq;
- İşçilər arasında ünsiyyəti müsbət qurmaq, eyni zamanda elan lövhələri, qeydiyyat jurnalları, təhvil-təslim; hesabatları və s. aparılmasında və istifadə edilməsində kömək etmək;
- Təsdiqlənmiş menyuya əsasən yeməklərin hazırlanmasında köməklik etmək və nəzarət etmək;
- Hazırlanmış yeməklərin keyfiyyətini təmin etmək;
- Bazar siyahısının hazırlanması üçün cavabdeh olmaq;
- Gündəlik dükan sifarişləri üzrə cavabdeh olmaq;
- Qəlyanaltı və soyuduculara gündəlik nəzarət;
- Mövcud olan avadanlıqları təmiz saxlamaq və onlara qulluq etmək;
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək; problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq;
- Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək;
- İaşə obyektinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsindən istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək;
- İaşə obyektinin qida xərclərinin “brend vədini” çatdırmaqla yanaşı, gəlirlərin maksimuma qaldırılmasına müvafiq olaraq idarə edilməsini təmin etmək;
- Xərclərin effektiv şəkildə idarə edilməsinə kömək etmək;
- İnventarların idarə edilməsi, otelin əməliyyat avadanlıqları və digər aktivlərinə müntəzəm texniki xidmət göstərilməsi, o cümlədən nominal anbarların təşkili, tələb olunduqda, avadanlıqlara qulluq, onların qorunub saxlanılması və inventarlaşdırılması işlərində iştirak etmək;
- Mətbəx işçilərinin “Biz bir komandayıq!” şüarı altında digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərməsinə əmin olmaq;
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək;
- Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək;
- İaşə şöbəsinin meneceri ilə sıx əməkdaşlıq edərək gigiyena standartlarının yerinə yetirilməsi, avadanlıqların istismar ömrünün yüksəldilməsi və sıradan çıxmasının qarşını almaq məqsədi ilə onlara lazımi xidmət göstərilməsini təmin etmək;
- Təlimlər üzrə Menecer və şöbədaxili təlimçilərlə birlikdə bütün əməkdaşlar üçün effektiv təlim proqramlarını planlaşdırılması və icra edilməsinə kömək etmək;
- Mətbəx əməkdaşları üçün həftəlik iş qrafiklərini tərtib edilməsi və dərc edilməsinə kömək etmək;
- Əməkdaşları innovativ, yaradıcı, tələbkar olmağa həvəsləndirmək və onların həyata keçirilən əməliyyatların uğuruna verdikləri töhfəni təsdiqləmək.
Uyğun namizədlər, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.
Oxşar vakansiyalar

TABİA Group
Təmizlik üzrə menecer müavini
Maaş: Müsahibə əsasında
01.08.2025
Yevlax
20

Golden Horn Apart Hotel
Hotel Reception
Maaş: 600 AZN
23.07.2025
Bakı
62

FLY INN BAKU
Qonaq xidməti üzrə agent
Maaş: Müsahibə əsasında
18.07.2025
Bakı
76

Trips.az
AviaKassir
Maaş: 600 - 800 AZN
15.07.2025
Bakı
114

Sea Breeze Resort & Residences
Hostess
Maaş: Müsahibə əsasında
15.07.2025
Bakı
82

PASHA Travel
Migration Specialist
Maaş: Müsahibə əsasında
14.07.2025
Bakı
60