logo

Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru - Böyük mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Üzeyir Hacıbəyov küçəsi, 84
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11100
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 03.03.2025
  • Elanın bitmə tarixi: 02.04.2025

Namizədə tələblər

  • Ali iqtisadi təhsil;
  • Kredit qiymətləndirilməsi, maliyyə analizi və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
  • Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq;
  • ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır;
  • Bank sektoru və ya kredit təşkilatlarında iş təcrübəsi üstünlükdür.
İş haqqında məlumat
  • Müvəkkil kredit təşkilatları ilə birbaşa əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi prosesini idarə etmək;
  • Müvəkkil kredit təşkilatlarından daxil olan sifarişlər üzrə müvafiq sənədlərin hazırlanmasında iştirak;
  • Müvəkkil kredit təşkilatlarından daxil olan kredit sifarişlərini qəbul etmək və onların tələblərə uyğunluğunu yoxlamaq;
  • Müvəkkil kredit təşkilatları (MKT) vasitəsilə veriləcək güzəştli kreditlərin ilkin qiymətləndirilməsi;
  • Kredit müraciətlərinin enerji effektivliyi tələblərinə uyğunluğunun yoxlanılması;
  • Kredit müraciətlərinin analizi, maliyyə və risk qiymətləndirilməsini həyata keçirmək;
  • Kredit verilməsi üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Kreditlərin istifadə edilməsi və ödənişlərinin izlənməsi;
  • Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırılması;
  • Güzəştli kreditlərin verilməsi ilə bağlı qaydaların və prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  • Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak;
  • Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək;
  • Kredit risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, dair məlumatların analizlərini həyata keçirilməsi;
  • Öz fəaliyyətinə və kredit məhsullarına dair gündəlik, aylıq, rüblük ve illik hesabatların hazırlanılması;
  • Departamentin Əsasnaməsinə uyğun olaraq  müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi.

 

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

 

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru – Böyük mütəxəssis) qeyd edin. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: